24 saat en son xeberler - Xeberler platformasi

Xəbərlər

Hava şəraiti yenidən kəskin dəyişəcək

Bakı/14.01.22 Şənbə günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşama doğru güclü cənub-qərb küləyinin mülayim şimal-qərb küləyilə əvəzlənməsi gözlənilir.

Havanın temperaturu gecə 0 dərəcədən 2 dərəcəyədək şaxta, gündüz 5-8 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, axşam bəzi yerlərdə yağış, bəzi yerlərdə qar yağacağı gözlənilir.

Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.

Lakin yanvarın 16-da gecə Bakıda və bütün ölkə ərazisində hava şəraiti yenidən kəskin dəyişəcək. Bununla yanaşı, 16 yanvar  axşamdan başlayaraq 17 yanvar axşama qədər sulu qar yağacağı, şimal küləyinin güclənəcəyi gözlənilir.

Küləkli hava yanvarın 20-dək davam edəcək.

Bəzi yerlərdə küləyin sürəti ayrı-ayrı vaxtlarda 23-28 metr/saniyəyə çatacaq –06D

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button