2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Havanın temperaturu düşəcək, qar yağacaq

Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra yanvarın 10-da hava şəraitinin dəyişəcəyi, qısamüddətli güclü şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin güclənəcəyi gözlənilir.  

Toplum Tv xəbər verir ki, bu barədə yanvarın 8-də Milli Hidrometeorologiya Xidmətindən bildirilib. 

Saytların yığılması Saytlarin yigilmasi

Məlumata görə, havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° aşağı enəcək, gecə və gündüz saatlarında 5°-dək isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 10-u dağlıq ərazilərdən başlayaraq hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, 12-dək arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarada qar yağacağı gözlənilir. 

Yanvarın 11-də gecə bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var. 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button