2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Helsinkidə Azərbaycanın Zəfər və Bayraq günləri qeyd olunub – VİDEO

Finlandiyanın paytaxtı Helsinkidə Azərbaycanın Zəfər və Bayraq Günlərinə həsr olunmuş təntənəli tədbir keçirilib.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” xəbər verir ki, Helsinkidə fəaliyyət göstərən Azərbaycan Evinin təşkilatçılığı və Azərbaycanın İsveçdəki səfirliyinin dəstəyi ilə “Musiikkitalo” müasir musiqi kompleksində baş tutan tədbirdə Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Respublikası səfirliklərinin müşavirləri, soydaşlarımız, yerli ictimaiyyətin və dost icmaların nümayəndələri iştirak ediblər.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir iştirakçılarını salamlayan Azərbaycan Evinin rəhbəri, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə koordinatoru, “Azər-Türk” Gənclər Təşkilatının sədri Ülviyyə Cavvarova tarixi bayramlar münasibətilə soydaşlarımızı və qonaqları təbrik edib. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 32-ci ilində ilk dəfə bu bayramın ölkəmizin suverenliyinin tam bərpa olunduğu şəraitdə qeyd edildiyini xatırladıb: “Bu tarixi qələbənin memarı Prezident İlham Əliyev, müəllifi Azərbaycan əsgəri, sahibi Azərbaycan xalqıdır. Məhz Müzəffər Ali Baş Komandanımız İlham Əliyev Qarabağda Azərbaycanın dövlət suverenliyini bərpa etdi. Soyqırımı törətmədən, etnik təmizləmə aparmadan, mülki şəxsləri hədəf almadan, qadın və uşaqları qətlə yetirmədən də qalib gəlməyin mümkünlüyünü bütün dünyaya nümayiş etdirən Xalqın, Ordunun və Sərkərdənin bununla öyünməyə tam haqqı var”.

Tədbirdə çıxış edən Azərbaycanın Isveçdəki səfirliyinin müşaviri Cavanşir Məmmədov ölkəmizin dövlətçilik və hərb tarixinə qızıl hərflərlə həkk olunmuş Zəfər Günü münasibətilə soydaşlarımızı təbrik edib. Qarabağ Zəfərinə aparan yolun başlanğıcının müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu, Prezident İlham Əliyevin bu işi məntiqi sonluğa çatdırdığını vurğulayıb. Xankəndinin mərkəzi meydanında Zəfər Gününün üçüncü ildönümünə həsr olunmuş hərbi paradın keçirilməsini qürurverici mühüm hadisə adllandırıb.

Sonra Zəfər və Bayraq günlərinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Bədii hissədə Azərbaycanın Əməkdar artisti Rəşad İlyasov və Azərbaycan Evinin nəzdindəki Azərbaycan həftəsonu məktəbinin şagirdlərinin ifasında Azərbaycan bəstəkarlarının mahnıları təqdim olunub.

Rəşad İlyasov xarici ölkələrdə belə tədbirlərin təşkilinə görə Diasporla İş üzrə Dövlət Komitəsinə və Azərbaycanın İsveçdəki səfirliyinə minnətdarlığını bildirib.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button