2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

Hesablama Palatasından Kəmaləddin Heydərova zərbə

[popup id=”more-info” theme_id=”123625″ size=”small” width_unit=”px” height_unit=”px” location=”center top” position_right=”0″ position_left=”0″ position_bottom=”0″ position_top=”100″ animation_type=”fadeAndSlide” animation_speed=”350″ animation_origin=”center center” overlay_click=”1″]

İlham Əliyev: Mehriban Əliyevanı qəsdən Birinci vitse-prezident təyin etdim

yazısı hazırda daha çox oxunur[/popup]

Hesablama Palatası Qaradağ Rayon İcra Hakimiyyətində yeyinti aşkarlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Yoxlamalar zamanı bəlli olub ki, icra hakimiyyətində nəqliyyat vasitələrinin sürücülərinə artıq əmək haqqı hesablanıb.
Bu hal Palatanın 2016-cı il üzrə hesabatında da qeyd olunub. Qurumdan modern.az-a bildirilib ki, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətində və tabeliyində olan idarə, müəssisə və təşkilatlarda keçirilmiş auditlə nəqliyyat vasitələrinin sürücülərinə əmək haqqının hesablanmasında qanunvericiliyin tələbləri gözlənilməyərək Avtonəqliyyat və Mexanizsiya Dəstəsi tərəfindən işçinin istirahət günləri işə çıxmasına əsas göstərilmədən bütün sürücülərə hesabat ilinin bütün istirahət (bazar) günləri üçün əmək haqqı hesablanılmış və nəticədə sürücülərə 2014-cü ilin may-dekabr aylarında 4447,8 manat, 2015-ci ildə 8884,5 manat, 2016-cı ilin 1-ci yarısında isə 4885,7 manat, ümumilikdə 18218 manat artıq əmək haqqı ödənişinə yol verilsə də, həmin vəsaitin müvafiq qayda da bərpası təmin edilməyib.
Məlumatda həmçinin qeyd edilib ki, 2016-cı ilin sentyabr-dekabr ayları üzrə 368,4 manatın büdcəyə köçürülməsi və qalan vəsaitin hissə-hissə dövlət büdcəsinə bərpa ediləcəyi barədə məktub Hesablama Palatasına daxil olub.

24saat.org-un məlumatına görə, Qaradağ rayonunun icra başçısı Süleyman Mikayılov fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxın şəxsdir. Süleyman Mikayılov bundan əvvəl Lənkəranın icra başçısı olub və fəaliyyəti dövründə “Süleyman Çakır” ləqəbini qazanıb. Süleyman Mikayılovun fəaliyyətindən ciddi narazılıq olduğuna görə o, Kəmaləddin Heydərovun dəstəyi ilə Lənkərandan Qaradağa transfer edilib. Bundan sonra isə Bakı meri postu uğrunda mübarizəyə qoşulub. Təbii ki, yenə də Kəmaləddin Heydərovun dəstəyi ilə.
Bir müddət əvvəl Bakı meri Hacıbala Abutalıbovun vəzifədən gedəcəyəi barədə məlumat yayılıb. Bu ərəfədə Hesablama Palatasının Qaradağ Rayon İcra Hakimiyyətində aşkar olunan nöqsanların ictimailəşdirməsi təsadüf olmaya bilər.
24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button