2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Hökümətdən riyakar qərar

Bu qərarın 80 faiz abunəçilərə heç bir faydası olmayacaq

ADR sədri Qubad Ibadoğlu

Saytların yığılması Saytlarin yigilmasi

Bu hökümət o qədər qeyri-səmimilik edir ki, onun hətta düzgün olan azsaylı qərarlarına da heç kəs inanmır. Eyni qərarı 2 dəfə verir, amma fərqli izahatla, birinci dəfə deyir ki, narahat olmayın bunun aztəminatlı təbəqəyə aidiyyatı olmayacaq, ikinci dəfə deyir ki, bunu aztəminatlı əhalinin marağını nəzərə alaraq edirik. Belə ki, əhali qrupu üçün elektrik enerjisindən güzəştli istifadəsinə limit tətbiq edəndə əsaslandırırdı ki, narahat olmayın limitin əhalinin böyük əksəriyyətinə təsiri olmayacaq, çünki onlar onsuz da 300 kvts-dan az elektrik enerjisi işlədirlər. İndi həmin limiti mövsümi amillərə görə elektrik enerjisinə tələbatın azaldığı dövr üçün 100 kvts artırıb izah verir ki, biz koronavirusa görə yoxsul əhaliyə güzəştə gedirik, ayıbdır, bu qədər də riyakarlıq olmaz. Elə güzəşt edin ki, ondan kasıb əhali bərhələnsin, son dəyişikliyin isə yalnız villası və çoxmənzilli evləri olan varlılara faydası olacaq. “Azərişıq” ASC-dən əldə etdiyi məlumata görə, hazırda mövcud olan 300 kVt/saatlıq limiti nəzərə alsaq, əhali qrupu abunəçilərinin 80 faizi bu limiti ötmür. Yalnız 20 faizə qədər məişət abunəçisi qeyd edilən limiti aşır. Deməli bu qərarın 80 faiz abunəçilərə heç bir faydası yoxdur.
Əlavə məlumat üçün qeyd edim ki, Azərbaycanda əhali qrupu üçün elektrik enerjisindən güzəştli istifadə limiti 100 kVt/saat artırılır. Beləliklə, elektrik enerjisindən güzəştli istifadə limiti 300 kVt/saatdan 400 kVt/saata çatdırılır. Nəticədə əhali qrupu istehlakçıları ay ərzində istifadə etdikləri elektrik enerjisinin ilk 400 kVt-saatının hər kVt/saatına 7 qəpik ödəyəcəklər. Bu rəqəmdən çox istehlak həcminə isə 9 qəpik ödəniləcək.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button