Dünya
Hollandiyanın baş naziri Rutte ilə görüşən Ərdoğanın İsveçlə bağlı açıqlamaları diqqət çəkib.
Prezident Rəcəb Tayyib Ərdoğan NATO sammiti öncəsi Hollandiyanın baş naziri Mark Rutte ilə telefonla danışıb. Ərdoğanın İsveçdə fikir azadlığı adı altında Qurana edilən hücumlara haqq qazandırmağın qəbuledilməz olduğu barədə sözləri iki liderin görüşündə iz buraxıb.
Prezident Ərdoğan ilə Rutte arasında baş tutan görüşlə bağlı Rəyasət Heyətinin Ünsiyyət Müdirliyindən verilən açıqlama belədir; “Prezident Rəcəb Tayyib Ərdoğan Hollandiyanın Baş naziri Mark Rutte ilə telefon danışığı keçirib. Görüşdə ikitərəfli əlaqələr, İsveçin NATO-ya üzvlük prosesi, Avropada Qurana qarşı təxribat xarakterli hərəkətlər, regional və qlobal məsələlər müzakirə olunub.