2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Hövsan sakinləri ayağa qalxdı – Narahatçılığa səbəb nədir?

Avtobusların intervalının uzun olması sərnişinlərin narahatçılığına səbəb olur

Əsasən Bakıətrafı qəsəbələrdə yaşanan bu problem illərdir ki, həllini tapmır. Narazı sakinlərin problemlə bağlı dəfələrlə şikayət etmədikləri, üz tutmadıqları yer qalmayıb. Avtobusların normal iş qrafiki ilə işləməməsi sərnişinləri əziyyətə salmaqla yanaşı onların maddi ziyana düşmələrinə də səbəb olur. Belə ki, avtobus tapa bilməyən sərnişinlər taksilərə müraciət etməli olurlar.

Suraxanı rayonu Hövsan qəsəbə sakinləri redaksiyaya müraciət edərək qəsəbədən Suraxanıya hərəkət edən 161 nömrəli sərnişin avtobusundan şikayətləniblər.

Sərnişinlər deyib ki, əsasən səhər saatlarında həmin marşrutu yarım saat, hətta 40 dəqiqə gözləməli olurlar:

Saytların yığılması Saytlarin yigilmasi

“161 nömrəli marşrutu səhər işə gedəndə, axşam da evə gələndə gözləməkdən yorulmuşuq. Axşam bu marşrutu gözləməkdən gözümüz qaralır. Belə olmaz axı! Hər gün işə geçikirəm və geçikdiyimizə görə cərimələnirəm. Evdən vaxtında çıxsam da avtobus gəlib çıxmaq bilmir. Görünür, bu marşrutdan xəttə çox az sayda buraxıblar. Ona görə də belə problem yaşanır”.

Digər şikayətçi isə marşrutun interval problemi ilə yanaşı nəqliyyat vasitəsinin köhnə və yararsız olduğundan gileylənib. O deyib ki, Bakıətrafı qəsəbələrin problemlərinə ögey münasibət bəslənilir: “Anlamıram ölkənin vətəndaşlarına niyə bu qədər diqqətsizlik və biganəlik var? Ölkəyə nə qədər yeni avtobuslar gətirildi. Görüntü xatirinə bu svtobusları şəhərin mərkəzinə buraxmaq nəyə gərəkdir? Biz insan deyilik? Biz rahat və təhlükəsiz xidmətə haqqımız yoxdur? Hər gün “Baku-Bus” avtobus qarajının qarşısından keçirik. Qarajda nə qədər xəttə buraxılmayan bu avtobuslardan var. Buraxsınlar, qəsəbəyə gedib- gələk də… Şaxtalı havalarda hər gün saatlarla avtobus gözləməyə məhkumuq biz? Niyə baxmıllar, kimlərdir bunların yiyələri?”.

Mövzunu həmin qəsəbədən şəhərə hərəkət edən digər matşrut xətləri ilə bağlı da davam etdirəcəyik.

(cebhe.info)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button