2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

‘Human Rights Watch’ Tofiq Yaqublunu azad etməyə çağırır

“Azərbaycan hakimiyyəti tanınmış müxalifət lideri və hökumətin yorulmaz tənqidçisi Tofiq Yaqublunu qondarma dələduzluq və sənəd saxtalaşdırma ittihamı ilə həbs edib. Bu, Azərbaycanda jurnalistləri və hökumətin tənqidçilərini hədəfə alan həbs dalğası çərçivəsində baş verir”. Bu bəyanatla dekabrın 19-da “Human Rights Watch” insan haqları təşkilatı çıxış edib.

“Azərbaycan hakimiyyəti hökumətin opponentlərinə, jurnalistlərə və digər tənqidçilərə hücumu davam etdirir. Tofiq Yaqublunun həbsi ölkədə tənqidi səslərin susdurulması tendensiyasının davamıdır”, — qurumun Avropa və Orta Asiya üzrə direktor müavini Giorqi Qoqiya deyib.

Yaqublu barəsində sənəd saxtalaşdırma və dələduzluq ittihamları ilə dörd aylıq həbs qətimkan tədbiri seçilib. “Human Rights Watch” qeyd edir ki, müxalifətçi barəsində əsaslandırılmamış şəkildə, formal əsasla həbs-qətimkan tədbiri seçmək Avropa İnsan Haqları Konvensiyasının qanunsuz saxlamaya qarşı standartlarını pozur.

Saytların yığılması Saytlarin yigilmasi

“Azərbaycan hökumətinin tənqidçilərinə qarşı əcinnə ovu onun azad sözə və insan haqlarının qorumasına qarşı hörmətsizliyinin göstəricisidir. Hakimiyyət Yaqublunu dərhal azad etməli, tənqidçi jurnalistlər və müxalifət fəallarına qarşı təzyiqləri dayandırmalıdır”, – Qoqiya vurğulayıb.

ABŞ səfirliyi Yaqublunun azad edilməsinə çağırıb

ABŞ-ın Bakıdakı səfirliyi X platformasında Tofiq Yaqublunun həbsi ilə bağlı paylaşım edib: “Biz Tofiq Yaqublunun həbsindən və saxlanmasından dərindən narahatıq. Tofiq Yaqublunun və təməl haqlarından istifadə etdiyinə görə həbs olunmuş bütün digərlərinin azad olunmasına çağırırıq”.

Azadlıq radiosu

Azadlıq Qəzeti

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button