2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Hüquq müdafiəçiləri əfv üçün 38 məhbusdan ibarət siyahı təqdim ediblər

Bakı İnsan Hüquqları Klubu (BİHK) gözlənilən əfv aktı ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyevə və Əfv Məsələləri Komissiyasının sədri Samir Nuriyevə müraciət edib. 

Əfv Müstəqillik Günü – 28 May ərəfəsində gözlənilir, bu barədə Turan-a BİHK rəhbəri Rəsul Cəfərov bildirib.

Onun sözlərinə görə, siyahıda 38 nəfərin adı var. Bu, 2016-2018-ci illərdə həbs olunmuş və işgəncələrə və əsassızz həbsə məruz qalmış “Tərtər İşi”nin fiqurantlarıdır. 

Saytların yığılması Saytlarin yigilmasi

Bundan başqa, siyahıda “Gəncə işi” (1918-ci il) və “Tovuz işi” (2022-ci il) üzrə həbs olunmuş dindarlar, habelə müxalifət nümayəndələri və ömürlük həbs cəzası çəkən dörd nəfərdir (üçü “XTPD işi” (1995) üzrə həbs olunanlar). 

Son aylarda həbs olunmuş Abzas Media, Toplum TV və Kanal-13-ün jurnalistlərinə gəlincə, onlar hələlik istintaq altında olduqlarına, əfv isə artıq mühakimə olunmuş şəxslərə aid olduğuna görə siyahıda onların adları yoxdur.

Xatırladaq ki, aprelin 3-də prezident yanında Əfv Məsələləri Komissiyası işini bərpa edib. 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button