2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Hüseyn Abdullayevə qarşı yeni cinayət işi açılıb

Keçmiş deputatın cəzası başa çatsa da, azadlığa buraxılmayacaq

Həbsdə olan keçmiş deputat Hüseyn Abdullayevin 6 illik cəzası apreldə başa çatsa da, o, azadlığa buraxılmayacaq. Cəza müddətinin bitməsinə ayyarım qalmış ona qarşı yeni ittiham irəli sürülüb. Sabiq deputatın barəsində yeni cinayət işi üzrə istintaq aparıldığına görə o, cəzaçəkmə müəssisəsindən Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasına köçürülüb.

Meydan TV-nin əldə etdiyi məlumata görə, Hüseyn Abdullayevə qarşı Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddəsilə ittiham irəli sürülüb. Bu maddənin sanksiyasında 7 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası var.

Saytların yığılması Saytlarin yigilmasi

Yeni cinayət işinin istintaqıyla əlaqədar onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün prokurorluq məhkəməyə təqdimat verib. Martın 5-də Binəqədi Rayon Məhkəməsinin qərarıyla onun barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Yeni cinayət işində söhbət Hüseyn Abdullayevin bank hesabında olan vəsaitlərdən gedir.

Bu işin istintaqı Baş Prokurorluğun İstintaq İdarəsində aparılır.

Hüseyn Abdullayev ittihamı qəbul etmir. O, özünü təqsirli bilməyib.

Hüseyn Abdullayev 2007-ci ildə parlamentin iclasında digər deputat Fəzail Ağamalı ilə davaya görə həbs olunmuş, bir müddət sonra şərti cəza ilə azadlığa buraxılmışdı. Azadlığa çıxandan sonra Almaniyaya mühacirət edən keçmiş deputat 2014-cü ildə orada sığınacaq almışdı.

O, 2018-ci ilin aprelində İstanbulda saxlanılaraq Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilib. Keçmiş deputat dələduzluq, vergidən yayınma, cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması kimi ittihamlarla 6 il azadlıqdan məhrum edilib.

Həmin hökmlə onun 70 yaşlı anası Zeynəb Abdullayeva da cəzalandırılıb. Özünün ölkədən çıxışına qadağa qoyulduğu halda, bacısının pasportu ilə xaricə gedib-gəldiyi iddia olunan Zeynəb Abdullayeva sərhədi qanunsuz keçməkdə təqsirli bilinərək 4 min manat cərimələnib.

Lakin onların heç biri özünü təqsirli bilməyib, ittihamların saxta olduğunu bəyan ediblər.

“Allah şahiddir ki, mən və yaşlı anam bu cür zülmü, 2007-ci ildən davam edən təqibi haqq etməmişik. Siz əmin olun ki, mənim heç bir siyasi ambisiyam yoxdur. Ölkəmizə qarşı düşmən mövqedən çıxış edən heç bir qüvvə və ya qruplarla əlaqəm olmayıb, ola da bilməz. Barəmdə iddia edilən məlumatlar tamamilə ağ yalan və düşünülmüş şər-böhtandır. Bu səbəbdən də sizə müraciət edirəm. İnanıram ki, bütün bu zorakılıqların qarşısını alacaqsınız, zəruri göstərişinizlə Azərbaycanın hüquqi dövlət olduğunu bir daha təsdiq edəcəksiniz”, – Hüseyn Abdullayev bir müddət öncə Prezident İlham Əliyevə məktubunda yazmışdı.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button