2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“İdeal”ın həbsdə olan keçmiş rəhbəri böhtan ittihama görə bəraət aldı

“İdeal”ın həbsdə olan rəhbəri İlqar İsmayılov böhtan və təhqirlə bağlı ittihamlar üzrə bəraət alıb.

Musavat.com xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində “Premium Bank” ASC-nin səhmdarı Zərifə Həmzəyevanın hüquqşünası və nümayəndəsi Məharət Hüseynlinin “İdeal” mağazaları şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılova qarşı xüsusi ittiham qaydasında şikayətinə əsasən məhkəmə prosesi keçirilib.

Hakim Azər Tağıyevin sədrliyi ilə keçirikən prosesdə hökm oxunub.

Saytların yığılması Saytlarin yigilmasi

Hökmə əsasən Zərifə Həmzəyevanın nümayəndəsi Məharət Hüseynlinin İlqar İsmayılova qarşı Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə irəli sürdüyü ittihamların əsassız olduğu müəyyən edilib və ittiham sübuta yetmədiyinə görə, İ.İsmayılova bəraət verilib.

Qeyd edək ki, İ.İsmayılov həbs olunmamışdan əvvəl şəriki Z.Həmzəyeva tərəfindən “İdeal” mağazalar şəbəkəsinin qanunsuz olaraq əlindən alındığı barədə dövlət qurumlarına müraciət edib və sosial şəbəkələrdə, mətbuatda çıxış edib.

Z.Həmzəyevanın nümayəndəsi həmin müraciət və çıxışlara görə xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmişdi.

Xatırladaq ki, İ.İsmayılovun Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilərək həbs olunub. Onun barədə cinayət işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Musavat.com

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button