2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

İdlibdə azı 33 Türkiyə əsgəri öldürülüb – reaksiyalar


Müharibənin gedişatının monitorinqini aparan təşkilat Türkiyənin zərbələri nəticəsində 16 suriyalı əsgərin öldürüldüyünü bildirib. Aynın əvvəlindən, son ölümlər də daxil olmaqla İdlibdə 54 suriyalı əsgərin öldürüldüyü bildirilir. Rusiyanın Müdafiə Nazirliyi öldürülən türkiyəli əsgərlərin “terrorçular”ın arasında olduğunu demişdi. Türkiyənin Müdafiə naziri Hulusi Akar isə iddianı rədd edib, deyib ki, hücum zamanı “hərbi bölmələrimiz ətrafında silahlı qruplar olmayıb”. Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarıyla İdlibdə son baş verənləri telefonla müzakirə ediblər, Xarici işlər naziri Sergei Lavrov belə deyib.   *** Hatay vilayətinin valisi Rahmi Dogan fevralın 28-də deyib ki, 32 əsgər yaralanıb və hazırda xəstəxanada müalicə alırlar. Suriya hökuməti İdlibdə son eskalasiyaya münasibət açıqlamayıb. Rusiyanın Müdafiə Nazirliyi isə bildirib ki, Suriya hərbçilərinin atəşə tutduğu türkiyəli əsgərlər “terrorçular”ın arasında olublar. Rusiyanın Qara Dəniz Donanmasının məlumatına görə, Aralıq dənizinə, Suriya sərhədlərinə doğru Kalibr qanadlı raketləri yerləşdirilmiş iki hərbi gəmi göndərilir. “Bu böhranda Türkiyən ən yaxşı necə dəstəkləməyi yollarını axtarırıq”, – Dövlət Departamentinin sözçüsü deyib. NATO-nun əsas qərarverici orqanı olan Şimali Atlantika Şurası bu gün Türkiyənin xahişilə yığışaraq Suriyadakı vəziyyəti müzakirə edəcək. Bunu alyansın baş katibi Jens Stoltenberg Twitter-də yazıb. Altun isə tvitində yazıb ki, beynəlxalq ictimaiyyət “dinc sakinləri qorumaq və İdlib üzərində neytral zona yaratmaq üçün hərəkətə keçməlidir”. *** Türkiyə Rusiyanın dəstəklədiyi Suriya hökumət qüvvələrinə cavab zərbələri endirdiyini bildirir. İdlib vilayətinə raket zərbələrində azı 33 Türkiyə əsgəri öldürülüb. NATO isə Dəməşqlə Moskvanın regionu “pərakəndə” bombalamasını pisləyib. “Havadan və qurudan Suriya rejiminin bəlli hədəfləri atəşə tutulub və tutulacaq”, – Türkiyə Prezidenti Recep Tayyip Erdogan-ın kommunikasiya direktoru Fahrettin Altun fevralın 27-də axşam bildirib. “Beynəlxalq ictimaiyyəti vəzifələrini yerinə yetirməyə” və Suriya hökumətinin “bəşəriyyətə qarşı cinayətlərini” dayandırmasına kömək etməyə “çağırırıq”, – Altun vurğulayıb. Türkiyənin “Anadolu” xəbər agentliyi yazır ki, Xarici işlər naziri Mevlut Cavusoglu hücumlardan sonra NATO-nun Baş katibi Jens Stoltenberg ilə telefonla danışıb. Stoltenberg “Suriya rejiminin və onun İdlib vilayətindəki dəstəkçisi Rusiyanın pərakəndə hava zərbələrini pisləyib, onları hücumu dayandırmağa, beynəlxalq hüquqa sayqı göstərməyə, BMT-nin dinc həll üzrə cəhdlərini dəstəkləməyə çağırıb”, – alyansın sözçüsü vurğulayıb. Birləşmiş Ştatlar bəyan edib ki, “NATO müttəfiqi Türkiyənin yanındadır”, Suriya və Rusiyadan İdlibə “mənfur” hücumu dayandırmağı tələb edib.   Humanitar fəlakət Fransa da BMT-də ərazinin rejim və onun müttəfiqləri, özəlliklə Rusiya tərəfindən intensiv şəkildə bombardman olunmasını pisləyib, xəstəxanalara, məktəblərə, qaçqın sığınacaqlarına hücumların səbəb olduğu humanitar fəlakətdən danışıb. Rusiyanın BMT-dəki səfiri Vassily Nebenzia isə İdlibdə humanitar fəlakətlə bağlı deyilənləri rədd edib, deyib ki, “Suriya münaqişəsinin uzunmüddətli həlli ölkədən terrorçuların çıxarılmasından keçir”. Türkiyənin Suriya ilə həmsərhəd Hatay vilayətinin qubernatoru Rahmi Doğan bir neçə saat öncə bildirib ki, İdlibdə raket zərbələrindən 33 türkiyəli əsgər həlak olub, yaralılar da var. Londonda mənzillənən Suriyada İnsan Haqlarını Müşahidə Təşkilatı isə azı 34 türkiyəli əsgərin öldüyünü xəbər verir. Türkiyə İdlibdəki üsyançıları dəstəkləməyə minlərlə hərbçi, ağır texnika göndərib. Məqsədin Rusiya hava qüvvələrinin dəstəyilə hücuma keçmiş Suriya hökumət qüvvələrini dayandırmaq olduğu bildirilirdi. Bu döyüş NATO üzvü Türkiyənin Suriyada Rusiya qüvvələri ilə birbaşa qarşıdurma vəziyyətinə düşəcəyi ilə bağlı narahatlığa yol açmışdı. Rusiya və İran Suriya Prezidenti Bashar al-Assadı dəstəkləyir. Ölkədə 9 ildir gedən münaqişədə 400 mindən çox ölən olub, milyonlarla insan evindən didərgin düşüb. Birləşmiş Ştatlar və Türkiyə fərqli üsyançı qrupları dəstəkləyib.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button