2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

İHRPA hakimiyyəti mediaya təzyiqləri dayandırmağa çağırır

“Bütün bunlar siyasi xarakter daşıyır, repressiv tədbirlərdir və dayandırılmalıdır”

Beynəlxalq İnsan Hüquqları Müdafiə Assosiasiyası (International Human Rights Protection Association- İHRPA) ölkədə baş verən son həbslərdən narahatlığını ifadə edib.

Bu barədə İHRPA-in martın 12-də yaydığı bəyanatda qeyd olunub.

Saytların yığılması Saytlarin yigilmasi

İHRPA ifadə azadlığını və əsas insan haqlarının, o cümlədən bu yaxınlarda həbs edilmiş bütün media nümayəndələrinin hüquqlarının qorunmasını vacib sayır:

“Biz Azərbaycan hakimiyyətini beynəlxalq öhdəliklərinə uyğun olaraq fundamental azadlıqlara – xüsusilə söz və mətbuat azadlığına hörmət etməyə və əsassız həbs edilmiş insanları azad etməyə çağırırıq. Hesab edirik ki, şəxslərin öz düşüncələrini açıq ifadə etdikləri üçün həbs edilməsi yolverilməzdir. Tənqidi səslərə qarşı hökümətin belə aqressiv münasibəti ölkənin beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə ziddir. Bütün bunlar siyasi xarakter daşıyır, repressiv tədbirlərdir və dayandırılmalıdır”.

“”AbzasMedia” jurnalistlərinin həbsindən sonra repressiyaların davam edəcəyi ilə bağlı proqnozlar özünü doğrultdu. Bu proseslər son deyil və alternativ səslərin susdurulması davam edəcək. Son dövrlər siyasi hakimiyyətdə təmsil olunan rəsmi şəxslər xaricdə yaşayan fəalları hədələyir və onların susdurulmasına çağırışlar edirlər. Bu xaricdə yaşayan fəalların həyatlarının real təhlükədə olduğunu göstərir. Dünyada insan hüquqlarını müdafiə edən nüfuzlu beynəlxalq təşkilatlar və dövlətlər bu məsələdə diqqətli olmalıdır”, – deyə bəyanatda bildirilir.

Beynəlxalq İnsan Hüquqları Müdafiə Assosiasiyası

IHRPA “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyi, “Yüksəliş naminə” qəzeti və bir qrup Azərbaycan QHT-i tərəfindən 2013-cü ildə Belçikada yaradılıb və bu dövlət tərəfindən rəsmən qeydə alınıb.

Beynəlxalq təşkilatın əsas məqsədi riski yüksək olan ölkələrdə insan hüquqları və fundamental azadlıqlarını təbliğ etmək, hüquq müdafiəçilərini dəstəkləmək və dünyada insan hüquqları ilə bağlı halların illik hesabatlarını hazırlamaqdır.

Beynəlxalq təşkilatın rəhbəri keçmiş siyasi məhbus, hüquq müdafiəçisi və jurnalist Elçin Məmməddir.

“Toplum TV” ilə bağlı nə baş verib?

Martın 6-da polis “Toplum TV”nin ofisinə basqın edib, ofislə yanaşı saytın bir neçə əməkdaşının evində də axtarış aparılıb.

III Respublika Platformasının ofisindən isə 30 min avro, saxlanılanların bir neçəsinin evindən 2700, 3100 avro pul vəsaiti tapıldığı bildirilib.

III Respublika Platformasının spikeri Akif Qurbanova, “Toplum TV”nin əməkdaşları – Fərid İsmayılova, Müşfiq Cabbara, Əli Zeynala, Ramil Babayevə, Elmir Abbasova və İlkin Əmrahova 206.3.2 (qaçaqmalçılıq) ittihamı ilə cinayət işi açılıb.

Xətai Rayon Məhkəməsi martın 6-da saxlanılan “Toplum TV”nin videoredaktoru Müşfiq Cabbarla bağlı 4 ay həbs qətimkan tədbiri seçib.

Əli Zeynal barəsində də məhkəmə qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

“Toplum TV” işi ilə əlaqədar saxlanılan jurnalist Fərid İsmayılov və NİDA üzvü Elmir Abbasov polis nəzarətinə buraxılıb.

Hüquqşünas, “Toplum TV” saytının təsisçisi Ələsgər Məmmədli martın 8-də mülki geyimlilər tərəfindən “İstanbul” Klinikasının önündə saxlanılıb.

III Respublika Platformasının üzvü Ruslan İzzətli də Xətai Rayon Polis İdarəsinin qarşısından qara maşına mindirilib aparılıb. Daha sonra hər iki şəxsin mənzillərində axtarış aparılıb.

Vəkili Aqil Layıc deyib ki, Ələsgər Məmmədlinin evindən 7300 dollar pulun tapıldığı ittiham aktında qeyd olunub.

Ələsgər Məmmədli isə bu pulun əməliyyatçılar tərəfindən qoyulduğunu deyib.

Bundan əvvəl isə Ələsgər Məmmədlinin həyat yoldaşı ilə qardaşı Nəsimi Məmmədli evə 60 min avronun qoyulduğunu bildirmişdilər.

Onlar da pulun Ələsgər Məmmədliyə aid olmadığını vurğulamışdılar.

Martın 9-da Xətai Rayon Məhkəməsində Ələsgər Məmmədli haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Bu qərarı hakim Sülhanə Hacıyeva verib.

Axtarış zamanı III Respublika Platformasının üzvü Ruslan İzzətlinin evindən də pul “tapılıb”.

Martın 9-da Xətai Rayon Məhkəməsində Ruslan İzzətli barəsində də ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Son 4 ay ərzində Azərbaycanda bir sıra media orqanlarının rəhbər şəxsləri və əməkdaşları qaçaqmalçılıq ittihamıyla həbs olunub.

Onların arasında korrupsiya araşdırmalarıyla tanınan “AbzasMedia”, “Kanal 13” internet televiziyası da var.

Jurnalistlər qaçaqmal yolu ilə ölkəyə pul gətirməkdə ittiham olunur.

Onlar bu ittihamı rədd edir, evlərdən, ofislərdən tapıldığı iddia olunan pulları ora polislərin özlərinin atdığını bildirirlər.

Jurnalistlər peşə fəaliyyətlərinə, hökumətin korrupsiyası ilə bağlı materiallara görə cəzalandırıldıqlarını deyirlər.

ABŞ Dövlət Departamenti, Fransa Xarici İşlər Nazirliyi, eyni zamanda, beynəlxalq hüquq müdafiə təşkilatları bəyanat yayaraq, Azərbaycanda vətəndaş cəmiyyəti və müstəqil media nümayəndələrini yenidən hədəf alan son həbs dalğasından dərin narahatlıqlarını ifadə ediblər.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button