2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

IKEA üçün hazırlanmış ən yaradıcı reklam afişaları

Tamara Mustafayeva, Banco.az

Əvvəlki məqalələrimizdə “McDonald`s” və “Coca-Cola” markaları üçün bu vaxta qədər hazırlanmış ən yaradıcı reklam afişalarını sizə təqdim etmişdik. Bu gün isə İsçevin transmilli mebel istehsalçısı “IKEA” şirkəti üçün dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən reklam agentlikləri tərəfindən hazırlanan reklam kampaniyalarını nəzərinizə çatdırırıq.

Coca-Cola üçün hazırlanmış ən yaradıcı reklam afişaları

Saytların yığılması Saytlarin yigilmasi

McDonald`s üçün hazırlanmış ən yaradıcı reklam afişaları​

IKEA 2018-ci ildə Avropa İttifaqı tərəfindən qəbul edilən “Məlumatların Mühafizəsi” qanununa istinad edərək öz yeni məhsulunu təqdim edir.

IKEA markasının olduqca faydalı və praktiki məhsullar istehsal etdiyini göstərən reklam afişası.

Ayaqqabılarınızı yerləşdirmək üçün daha çox yerə ehtiyac duyursunuz? IKEA Hemnes yataq otağı dəstləri ilə bu problemdən rahatlıqla çıxış yolu tapa bilərsiniz.

IKEA Print Advert By TBWA: Green | Ads of the World™

IKEA “Real Həyat Hekayələri” adlanan reklam kampaniyasında “Stranger Things”, “Friends”, “The Simpsons” kimi məşhur serialların brendə çevrilmiş qonaq otağı mebellərinə istinad etmişdi.

 

 

IKEA mebellərinin əksəriyyəti xüsusi alətlərə ehtiyac duyulmadan evdə asanlıqla quraşdırılacaq tərzdə dizayn edilmişdir. Ancaq şirkət hər ehtimalı nəzərə alaraq daşınma və quraşdırma xidməti də təklif edir. Bu reklam afişaları da hissələri birləşdirə bilməyənlər üçün hazırlanıb.

Xüsusi günləri yaradıcı tərzdə təbrik etmək hər zaman marka imicinə müsbət təsir göstərir. Bu isə “Sevgililər Günü”-nə özəl olaraq hazırlanan reklam afişasıdır.

40%-lik endirim kampaniyasını vurğulamaq üçün hazırlanmış möhtəşəm reklam afişası. Eyni məbləğdə pula daha çox alış-veriş etməyi kim istəməz axı.

Jurnalın içərisində yerləşdirilmiş olduqca yaradıcı reklam afişası.

IKEA-nın həyatı və evləri gözəlləşdirdiyinə dair başqa bir nümunə.

Həmçinin oxu: Tanınmış firmaların böyük marağa səbəb olan reklam filmləri

Bizi sosial şəbəkələrdən izləyin!!

Instagram

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button