2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

İki deputatın prezidentliyə namizədliyi qeydə alındı

MSK-nın iclasında qərar qəbul edilib

Mərkəzi Seçki Komissiyası (MSK) deputat Zahid Orucun və Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayevin namizədliyini qeydə alıb.

Bu barədə yanvarın 6-da MSK-ın iclasında qərar qəbul olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Bildirilib ki, dekabrın 30-da Zahid Orucun, bir gün sonra isə Razi Nurullayevin imza vərəqələri komissiyaya təqdim olunub.

Zahid Oruc və Razi Nurullayev. Foto: Meydan TV

Dekabrın 30-da MSK hakim partiyanın sədri, hazırkı dövlət başçısı İlham Əliyevin namizədliyini qeydə almışdı.

2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. İlham Əliyev ötən il dekabrın 7-də bununla bağlı sərəncam imzalayıb.

Bu günə qədər ölkə başçısı İlham Əliyev, deputatlar Fazil Mustafa, Zahid Oruc, Qüdrət Həsənquliyev, Razi Nurullayev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Fuad Əliyev, Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz, Qulamhüseyn Əlibəyli namizədliklərini irəli sürüblər. Prezidentliyə namizədliyini verən deputatların hər biri hakimiyyətyönümlü partiyanın sədridir. Digər namizəd olmağa iddialılar da hakimiyyətə yaxınlığı ilə tanınır.

AXCP, Müsavat Klassik Xalq Cəbhəsi partiyaları isə seçkini boykot edəcəklərini açıqlayıblar.

Azərbaycanda sonuncu dəfə Prezident seçkiləri 2018-ci il aprelin 11-də keçirilib. Həmin seçkilər də növbədənkənar olub. İlham Əliyev 20 ildir ki, Prezident vəzifəsini icra edir.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button