2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

İki rayonda silahlar toplandı

Biləsuvar və Ağdaş rayonlarında sakinlərdən silahlar yığılıb.

DİN xəbər verir ki, ərazi polis orqanları tərəfindən keçirilən tədbirlər nəticəsində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən Hapıtlı kənd sakinləri Əhməd Məmmədovdan, Həsrət Qurbanovdan və Gülüş Əliyevdən ümumilikdə 3 ədəd “İJ-16”, Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən isə Əsgərabad kənd sakini Səfər Səfərovdan 1 ədəd “İJ-58” markalı tüfənglər aşkar edilərək götürülüb.

Onların barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokollar tərtib olunaraq məhkəmələrə göndərilib.

Saytların yığılması Saytlarin yigilmasi

Həmçinin polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində Ağdaş rayonunun Gürcuva kənd sakini Nurlan Əhmədov, Aşağı Nemətabad kənd sakinləri Vüqar Kazımov və Məzahir Rəhimov “İJ-16” və “TOZ-16”, Balakən şəhər sakini İlqar Osmanov nömrəsi silinmiş “İJ-16”, Ağdam rayonunun Əhmədağalı kənd sakini Kərəm Quliyev nömrəsi silinmiş “TOZ-16” markalı tüfəngləri könüllü olaraq aidiyyatı üzrə rayon polis şöbələrinə təhvil veriblər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button