2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

İlhamə Quliyevanın oğluna cinayət işi açıldı

Mərhum xalq artisti İlhamə Quliyevanın oğluna cinayət işi açılıb.

24saat.org Teleqraf.com-a istinadən xəbər verir ki, İlhamə Quliyevanın oğlu Orxan Nadirova Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. Bildirilir ki, Orxan Nadirov dostu Vüqar Bəkirovun külli miqdarda pulunu mənimsəməkdə ittiham edilir.

Məlumata görə, Orxan Nadirov və Vüqar Bəkirov İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işində zərərçəkmiş şəxs qismində tanınıblar. Mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynova 2015-ci ildə həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd) maddəsi ilə cinayət işi başlanıb. Mehriban Hüseynovanın cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır və ötən ilin sonlarında Mehriban Hüseynovaya prokuror 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.Vəkili çıxış etsə də, Mehriban Hüseynovaya hökm oxunmayıb. Buna səbəb Orxan Nadirov və Vüqar Bəkirovun barəsində cinayət işinin başlanması olub.

Saytların yığılması Saytlarin yigilmasi

İlhamə Quliyeva ötən il 73 yaşında dünyasını dəyişib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button