Loading...
Loading...
Xəbərlər

İlham Əliyev bir neçə səfiri geri çağırıb

Ölkə başçısı onların yerinə yeni səfirlər təyin edib

Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov geri çağrılıb.

Onun yerinə Qalib İsrafilov təyin olunub.

Bu barədə dövlət başçısı İlham Əliyev iyulun 26-da sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Vaqif Sadıqov Azərbaycanın Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Vaqif Sadıqov 2016-cı ildən Azərbaycanı BMT-də təmsil edirdi.

O, 2004-2010-cu illərdə Azərbaycanın Xarici işlər nazirinin müavini və İtaliyada səfir vəzifələrini daşıyıb.

Onun yerinə təyin olunan Qalib İsrafilovu 2011-2021-ci illərdə Avstriyada, Sloveniyada və Slovakiyada səfir vəzifəsində çalışıb.

Dövlət başçısı 2012-ci ildən Azərbaycanın Belçika Krallığında, Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda, Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrində çalışan Fuad İsgəndərovu da geri çağıran sərəncam imzlayıb. Fuad İsgəndərov İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Bundan əlavə 2017-ci ildən Azərbaycanın Türkiyədə fövqəladə və səlahiyyətli səfiri vəzifəsini daşıyan Xəzər İbrahimin də geri çağrılması barədə sərəncam imzalanıb.

Onu bu vəzifədə Azərbaycanın Qazaxıstanda səfiri olmuş Rəşad Məmmədov əvəz edəcək.

Eyni zamanda, BDU-nun sabiq rektoru Abel Məhərrəmovun oğlu Anar Məhərrəmovun Azərbaycanın Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi barədə sərəncam imzalanıb.

A.Məhərrəmov bu ilin 19 aprel tarixində Azərbaycanın İspaniyadada səfiri vəzifəsindən geri çağrılmışdı.

Sərəncamdan əvvəl mətbuatda Anar Məhərrəmovun İspaniyada şərab biznesiylə məşğul olması, hətta Madriddən Bakıya konkret restoranlara şərablar göndərilməsi barədə məlumatlar yayılmışdı.

Bu barədə məlumatlar paylaşdığı üçün Abel Məhərrəmov -dən Xarici İşlər Nazirliyinə şikayət də etmişdi.

Dövlət başçısının digər sərəncamları ilə Cavanşir Axundov Azərbaycanın Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağrılıb, onun yerinə isə Elnur Sultanov təyin edilib. C.Axundov 2016-cı ilin martından Azərbaycanı Latviyada təmsil edirdi.

Elnur Sultanov 2015-cü ildən Azərbaycanı Trinidad və Tobaqoda təmsil edib.


24 saat” “İlham Əliyev bir neçə səfiri geri çağırıb” başlıqlı yazını “”yə istinadən dərc edib.

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button