2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

İlham Əlievə islahat niyə lazım deyil?

Seymur Həzi

  1. Konstitisiya Məhkəməsinin bütün tərkibini İlham Əliyev şəxsən təyin edir.
  2. Bu məhkəmədəki hakimlərin hamısı Azərbaycanda hakim və prokuror olmuş şəxslərdi ( korrupsiyadan xali deyillər)
  3. İslahatların onları da İlham Əliyevi də yuyub aparacağını biləcək ağıldadırlar ( Korrupsionerlik, ağılın yox mənəviyyatın korlanması halıdır)
  4. Hakimiyyətdə İlham Əliyevdən başqa heç kimin sözünü eşitməkləri üçün nə əsas var nə zərurət
  5. İslahatçı qanadı da, gerilikçi qanadı da İlham Əliyev vəzifəyə qoyur
  6. İlham Əliyev istəməsəydi bu məhkəmə “seçki”nin nəticələrini təsdiqləməzdi.
  7. İlham Əliyevə kimlər (haralar) təsir edib, onu deyə bilmərəm, amma Konstitusiya məhkəməsinə o özü şəxsən təsir edib
  8. İlham Əliyevə islahatlar niyə sərf etsin ki, yuxarıdan başlayan islahatın ilk, aşağadan başlayan islahatın son qurbanı özüdür
  9. Bu cür ağıl qarışdırıcı mövzuların ortaya atılması İlham Əliyevə heç etmək istəmədiyi islahatlar yolunda kimlərinsə mane olduğu rəyini yaradıb onun məsuliyyətini azaltmaq məqsədi güdür
  10. Kim, aldandığını həzm etmək istəmirsə, uydurulmuş düşmənlə (islahatlara mane olan qanadla) “mübarizə”yə davam edəcək, kim bunu-aldadıldığını etiraf etməyə özündə güc tapsa, sistemin bütövlükdə islahı uğrunda xalq işinə qoşulacaq…

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button