2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

İlham Əliyevin MİTİNQ artımıyla artan aqressiyası

Xaliq Bahadır

Dədə-bala Əliyevlərin çoxillik ANTİMİLLİ, ANTİDEMOKRATİK siyasətləri üzündən Azərbaycan batıb-gedən ölkə durumundadır. Əliyevlər 24 illik hakimiyətləri boyunca KORRUPSİYANI DÖVLƏT SİYASƏTİNƏ dönüşdürməklə Azərbaycanı üçüncü dünya ölkələrinin belə autsayderinə çeviriblər. Başqa cür desək, Əliyevlər doğal resurslar baxımından dünyanın ən varlı ölkələrindən birini ACGÖZ SÜMÜRGƏNLİK üzündən yağıcasına yağmalanmış YURD yerinə çeviriblər! 24 illik əliyevçi yönətimin analizindən görünən budur: Əliyevlər ailəsi bir çox iç-dış yağı güclərə arxalanmaqla Azərbaycanda Azərbaycanı bütünlüklə yeyib-yenməyə yönəlik İŞĞALÇI rejim qurublar!!
Əliyevlər uzun illər içdə Azərbaycan xalqına, dışda demokratik dünyaya yalanlar söyləməklə, içdə Azərbaycan xalqını, dışda demokratik dünyanı aldatmaqla hakimiyətdə qala bildilər. İndi, çoxillik yalanlardan, aldatmalardan, aldadıcı başqatmalardan sonra, onlar içdə də, dışda da Oğru hakimiyət, korrupsiyaçı kriminal rejim başçıları olaraq tanınmaqdadırlar! Elə bu üzdən də İlham Əliyev getdikcə artan aqressivlik sərgiləməkdədir. Bu fakt özünü onun avropalı yetkililərə qarşı aşırı aqressivliyində bir daha göstərdi. 24 illik hakimiyətləri boyunca bütün seçkiləri saxtalaşdıran bir rejim başçısı demokratik Avropanı yalançılıqda, seçki saxtakarlığında suçladı.Onun bu yersiz aqressiyası boşuna deyil: 24 il aldadılan Azərbaycan xalqı da, demokratik dünya da doğal bir acıqla yalançı-dolandırıcı, oğru-korrupsioner hakimiyətə qarşı çıxmaqdadır! Bu birgəlik faktoru İ.Əliyuevi, onun çoxillik komanda yetkililərini istər-istəməz özündən çıxarır. Düzünü desək, çılxarmalıdır da…
Nədən çıxarmalıdır? İndi göstərəcəyimiz faktlardan. Çox uzağa getməyək. 2013 ilin çətin prezident seçkisi öncəsi İ.Əliyevin başlıca sözçülərindən olan Əli Həsənov demişdi: “Biz Avropa iqtisadiyyatına sərmayə yatırırıq”. Bununla yanaşı, Ə.Həsənov bunu da demişdi: “Hakimiyətə gəlmək istəyənlər xalqın qanı üzərindən keçməli olacaqlar”. İkinci birinci “sərmayənin”, belə desək, qan bahası idi: “sərmayə” adı altında korrupsioner Joze Manuel Barrozo, Aqramunt (ikisi də ispaniyalı) kimi korrupsionerləri ələ almaqdan, İngiltərəyə 40 milyard dollarlıq “Şahdəniz – 2” kontraktı bağışlamaqdan yaranan arxayınçılıqla qan tökməklə olsa belə, seçkini udmağa yüklənmişdilər. Başlıca seçki gözətimçisi olaraq tanınan ATƏT onda seçkidə 58 faiz saxtalaşdırma olduğunu bildirmiş, bunun üstündən ingiltərəli deputat Robert Valter Səməd Seyidovdan aldığı rüşvət, hökumətindən aldığı tapşırıq gərəyilə AŞ PA tribunasından İ.Əliyevin seçkidə 85 faiz səs qazandığını deməklə qalmamış, onu “legitim prezident” adlandırmışdı. Onda AŞ PA-da əliyevçi seçki saxtalaşdırması ilə bağlı çox böyük dartışma olmuş, Azərbaycandan ötürülmiş milyonlarla dollarlıq rüşvət (eləcə də “kürü diplomatiyası”) nədənilə böyük çoxluq seçki saxtalaşdırmasına qarşı çıxan deputat azlığına üstün gəlmişdi.
Luka Volonte kimi faktların üstü sonra açıldı. Dünyalarca ünlü Səməd Seyidov başda olmaqla İ.Əliyev komandası saxta seçkini AŞ PA-dan “yuyub” keçirmək üçün təkcə italiyalı deputat Lika Volonteyə 3 milyon dollardan azacıq əskik rüşvət veribmiş. İndi İtaliya prokurorluğu bu faktla bağlı cinayət işi açıb. Bunlar daha bir yalana əl ataraq 3 milyon dolları (pulun üstündən araçının götürdüyü sözsüzdür) Azərbaycanın kənd təsərrüfatını “inkişaf etdirmək üçün məsləhətlər” verməliymiş. Birincisi, bu, yalandır, ikincisi, o “inkişaf etdirilən kənd təsərrüfatı” necə oldu? İ.Əliyev 2016-cı ildə hər hektardan 35-40 sentner pambıq götürüləcəyini demişdi – ortaya 17 sentner çıxdı…
3 milyard dollardan azacıq əskik (yenə də azacıq əskik!) yeni oğurluq faktı!
2012-2014-cü illəri qapsayan 3 milyard dollar Avropadakı, ABŞ-dakı bir sıra siyasi satılmışlardan yararlanmaqla hakimiyəti qoruyub saxlamaq üçün Azərbaycan xalqından oğurlanıb. Dövlət düzəyində bu sayaq böyük oğurluqlar üzündən bu gün Azərbaycanda dolanışıq dözülməzliyindən ardı-arası kəsilməyən özünüöldürmələr baş verir. 350 milyardlıq neft gəlirlərini “yoxa” çıxaran, Neft fondunu boş qoyan, ölkənin qızıl saxlancını dağıdan, “güclü iqtisadiyyat” adına böyük yoxsulluq axarında düşkün sosial-psixoloji ortam yaradan İ.Əliyev bütün bunların üstündən xalqa VARLI GƏLƏCƏKLƏ bağlı yağlı pambıq yallanları danışır. Ekonomist ekspertlərin sayımına görə, indiki aqrotexniki ortamda, İ.Əliyevin pambıq əməyini QUL əməyinə çevirən indiki qiymət siyasətinə uyğun olaraq, Azərbaycan pambıqçısı becərdiyi pambığın hektarından 120-130, uzağı 150 manat qazanz götürə bilər. Bu isə İ.Əliyevin düşüncəsinəı görə, olduqca böyük qazancdır – 7-8 aylıq gərgin əməkdən sonra hektara, uzağı, 150 manat: necə də böyük puldur! Qonşu Gürcüstanda Yeni Zelandiya yağının kilosu 6 manat, 6 manat yarım, Əliyevlərin alver şəbəkələrində 17 manat! Ətin kilosu qonşu Gürcüstanda 5-6 manat, Azərbaycanda 12-13 manat!
“Yalana, talana son!” mitinqlərində də deyildiyi kimi, ölkə dövləti bütünlüklə sarmış korrupsiyanın doğurduğu soyğunçuluq-yağmalama içində içindən qırılıb dağılmaqdadır. Di gəl, İ.Əliyev ölkədə DÖVLƏT SİYASƏTİNƏ dönüşdürülən korrupsiya ilə çarpışma aparmaq yerinə… antikorrupsiya mitinqılərinin baş tutmaması üçün POLİS başda olmaqla, bütün dövlət qurumlarını ayağa qaldırıb – ölkənin bu başından o başına mitinqçi ovu gedir! 23 sentyabr mitinqinədək çox çətinliklə olsa da, avropalı yetkililər qarşısında mitinqlərlə bağlı neytrallığını qoruyub saxlamağa çalışan İ.Əliyev bütün dövlət gücüylə qarşısını almağa çalışdığı 23 sentyabr mitinqindən sonra özündən necə çıxdısa, mitinqə gedənləri (minlərlə adamı!) avropalıların qarşısında “anormal” adamlar adlandırdı. Bu isə yalnız içdiyi prezident andını (“hamının prezidenti olmağa and içirəm”) deyil, eləcə də xalqa özgür toplaşmaq hüququ verən Konstitusiyanı ayaqlamaq, təhqir etmək deməkdir!
Düzünə qalsa, avropalı yetkililərin qarşısında İ.Əliyevin acıqlı davranışı çox da yersiz deyildi. İ.Əliyev bu ilin fevralında Avropa birliyi tribunasından çıxış edərkən demişdi: “Biz Avropada bəzi ölkələri neftlə təmin edirik. Ümid edirik ki, tezliklə qazla da təmin edəcəyik”. Bu, korrupsiya-repressiya rejimi qarşısında Avropanı susdurmağa yönəlik bir çıxış idi. Avropa bir çox illər susduğu kimi, öz çıxarları üçün yenə susardı, ancaq, gözlənilmədən ortaya 3 milyard dollarlıq siyasi rüşvət faktı çıxdı. Bundan sonra Əliyevlər rejimi yüksək tribunadan RÜŞVƏT YOLUYLA AVROPA DEMOKRATİYASINI DAĞIDAN REJİM olaraq dəyərləndirildi.
41 manata başa gələn qaz Azərbaycan xalqına 200 manata sastılır. Bir sıra Avropa ölkələrinə yarı qiymətinə, Gürcüstana, qanımızı içən erməni kilsələrinə pulsuz verilir – hamısı da hakimiyəti qoruyub saxlamaq üçün! 24 ildən bəri Azərbaycan xalqını özləri üçün canlı kapitala çevirməklə milyardlara yiyələnmiş Əliyevlərin indiki prezidenti deyir: “Bəzi neft ölkələrindən fərqli olaraq biz neft gəlirlərini insan kapitalına yönəltmişik”. İ.Əliyevin bu sayaq yalanlarını doğrultmaq, KAPİTAL İNSAN faktorunu gerçəkləşdirmək, göstərmək, tanıtmaq üçün ölkədə böyük, gələcəyə yönəlik dəyişiklik mitinqlərinə start verib! Ölkəni çıxmaza gətirib çıxarmış birisinin o mitinqlərə gələnləri necə dəyərləndirməsi önəmsizdir…

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button