2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

İlham Əliyevin son çıxışındakı konkret mesajlar: Bu məmurlar istefaya göndəriləcək

Azərbaycan prezidenti İlham Əliyev son çıxışlarında konkret mesajlarını verdi – yeni, post-neft dövrünə uyğun gəlməyən məmurlar istefaya göndəriləcək. Yaranmış vəziyyət ölkədə kadr islahatlarını zəruri edir

Azerinfo.az avropa.info-ya istinadən xəbər verir ki, bu baxımdan, özbaşınalıqları ilə hamını təngə gətirmiş məmurların cəzalandırılması çıxış yolu kimi dəyərləndirilə bilər. Burada məsələ heç də kiminsə “qırmız vərəqə” almasında da deyil. Söhbət “artıq yüklər”dən azad olmaqdan gedir. Əks təqdirdə, post-neft dövründə islahatların özü bütövlükdə iflasa uğraya bilər.

Vurğulayaq ki, siyasi hakimiyyətin islahatlara başlaması, struktur dəyişikliyi həyata keçirilməsi ən optimal variant kimi dəyərləndirilə bilər. Bu baxımdan, bələdiyyələrin səlahiyyətlərinin artırılması, icra strukturunun “iştahasının” azaldılması, elektron hökumətin formalaşdırılması kimi məqamların əməl olunmasının vaxtı çoxdan çatıb.
Təbii ki, adıçəkilən islahatları həyata keçirə bilməkdən ötrü ölkə daxilində gərginliyin azaldılması vacib elementlərdəndir və siyasi elita bu istiqamətdə zəruri addımları atmaqdadır. Araşdırmaçılar hesab edirlər ki, islahatlara kompleks şəkildə yanaşılması, bütövlükdə bütün sahələr üzrə islahatların aparılmasının zamanı çoxdan çatıb. Lakin məmurların cəzalandırılması yalnız etimad limitinin bitməsi ilə bağlı deyil.

Saytların yığılması Saytlarin yigilmasi

Görünür, iqtidarda hansısa məmurların Qərb siyasi dairələri ilə separat danışıqlara getməsi ilə bağlı məlumatlar var. Lakin beynəlxalq təşkilatlar Azərbaycan siyasi elitası ilə münasibətlərə xələl gəlməsini arzulamır. Bu baxımdan, “Əsədsiz Suriya” modelinə bənzər bir layihə heç bir halda Azərbaycan üçün keçərli deyil və müzakirə predmeti də deyil.

Avropa.info-nun məlumatına görə, istənilən halda prezident İlham Əliyev islahatlarda və komandasının müəyyən üzvlərini dəyişməyə israrlıdır. İ.Əliyev iqtisadi və demokratik islahatlar aparmaq istəyir. İslahatların əngəllənməsinin günahkarı isə heç bir halda cəmiyyətin özü sayıla bilməz.

Ehtimal etmək olar ki, mövcud məmurların bir hissəsi öz postları ilə vidalaşmalı olacaqlar. İctimai rəydə iflasa uğrayan, korrupsiya simvolu kimi tanınan məmurların işdən azad olunmasında ilk növbədə siyasi elita özü maraqlıdır. Odur ki, məmurlara “yerlərinin göstərilməsi” ölkə rəhbərinə siyasi dividentlər qazandıra bilər.
Daha bir maraqlı məqam var. Azərbaycan cəmiyyəti kadr siyasəti zamanı bəzən müşahidə edilən regionçuluq amilindən təngə gəlib. Bu sahədə mühüm irəliləyişlər olmayacaqsa, hakim elitadan narazıların sayı durmadan artacaq. Odur ki, irəli çəkiləcək kadrların gənc və müxtəlif bölgələrin təmsilçilərindən ibarət olan komandanın formalaşdırılması da islahatların xəbərçisidir. Dünya təcrübəsi göstərir ki, iqtisadi islahatlar öz real səmərəsini bir qədər gec göstərir və islahat qərarları yubadılanda həm səmərə azalır, həm də islahatların real effekti daha gec özünü büruzə verir.

Bu baxımdan, iqtidarın qəbul etdiyi Strateji Yol Xəritəsi növbəti onillikdə ölkənin əsas iqtisadi strategiya sənədi kimi nəzərdə tutulub. Vurğulayaq ki, İstehsal və xidmətlər sahəsində 6 əsas sektoru, iki sosial və 3 infrastruktur sahəsini əhatə edən sənədin qəbulu konkret islahatlar zərfinin göstəricisidir. Son zamanlar ölkədə baş verənlər də onu deməyə əsas verir ki, artıq heç kəsə güzəşt olmayacaq. «Rabitə işi», «qara kassa»ların ləğvi, büdcə vəsaitlərinin oğurlanmasının qarşısının alınması maliyyə sisteminin sağlamlaşdırılması, manatın məzənnəsinin sabitləşdirilməsi aparılan islahatların tərkib hissəsidir. Yaxın zamanlarda daha ciddi islahatların aparılması ehtimalı xeyli böyükdür.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button