2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

İlham Əliyev: Biz Qarabağda antiterror əməliyyatını əvvəlcədən planlaşdırmamışdıq

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın 19-20 sentyabr tarixlərində Qarabağda keçirdiyi antiterror tədbirləri barədə danışıb.

Prezident dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumundakı çıxışında bildirib ki, bu tədbirlər əvvəlcədən planlaşdırılmayıb.

“Bizim tərəfimizdən antiterror tədbirləri planlaşdırılmamışdı. Ən azı 2020-ci ilin noyabrında belə bir şey yox idi, mən bunu çox aydın şəkildə deyə bilərəm”, – deyə Prezident qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə, əgər Ermənistan sülh prinsiplərini vaxtında qəbul etsəydi, buna ehtiyac olmazdı:

“Otuz ildən artıq işğalı, öz ərazisinin tamamilə dağıdılmasını, etnik təmizləməni və əziyyətləri görən ölkə olaraq biz beynəlxalq vasitəçilərə yox, məhz Ermənistana əl uzatdıq”.

Prezident qeyd edib ki, Ermənistan o vaxt yenə də sülh təkliflərini sükutla qarşılayıb:

“Sonra beş məlum prinsip açıqlandı. İndi görünür ki, Ermənistan bunları qəbul etməyə yaxındır. Onlar bunu baza kimi götürə bilərlər. Bunu bir neçə il əvvəl etsəydilər, əlbəttə ki, antiterror əməliyyatına ehtiyac qalmazdı. Bu tarixdir və onu göstərir ki, sülhü təşviq edən tərəf məhz Azərbaycan idi, Ermənistan deyil”.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button