2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

İlqar Məmmədov həbsdən azad edilmədi

Bu gün, Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə Real Vətəndaş Hərəkatının sədri, vicdan məhbusu İlqar Məmmədov həbsdən azad ediləcəyi gözlənilirdi. Məhkəmə qarşısında İlqar Məmmədovu qarşılamaq üçün Real Hərəkatının, Müsavat Partiyasının və digər təşkilatların nümayəndələri, jurnalistlər və ictimaiyyət nümayəndələri toplaşmışdılar. Lakin məhkəmə onun barəsində çıxarılan hökmü qüvvədə saxlayıb. Bu haqda “Basta”ya vəkil Nemət Kərimli məlumat verib.İlqar Məmmədovla yanaşı, Şəki Apelyasiya Məhkəmisi eyni iş üzrə məhkum edilən Müsavat başqanının müavini Tofiq Yaqublunun da şikayətinə baxıb. Məhkəmə bir müddət əvvəl əfv fərmanı ilə azadlığa çıxan Tofiq Yaqublunun barəsindəki hökmü də qüvvədə saxlayıb.

Qeyd edək ki, Avropa Şurasının Parlament Assambleyasının yaz sessiyasının ilk günündə – aprelin 19-da qurumun sədri Pedro Aqramunt Azərbaycanda “siyasi məhbus” adlandırılan şəxslərin azad edilməsindən danışarkən “Avropa Məhkəməsinin qərarının olmasına baxmayaraq, 2013-cü ilin fevralından həbsdə olan İlqar Məmmədovun işi ilə bağlı məsələnin həll olunması istiqamətində mən Azərbaycan hakimiyyəti ilə danışıqları davam etdirəcəm”, –deyə bildirmişdi.

Bundan əvvəl Pedro Aqramunt həmçinin həbsxanada İlqar Məmmədovla görüşmüşdü. Pedro Aqramun son həftələr ərzində Qarabağ münaqişəsinə dair açıqlamalarında ədalətli mövqeyi ilə də fərqlənir.(bastainfo)

Saytların yığılması Saytlarin yigilmasi

İnterpres.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button