2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“İqtidar və müxalifətin problemlərə baxışı tamamilə müxtəlifdir”

Mirmahmud Mirəlioğlu: “İqtidar məsələlərə baxışını dəyişsə, o zaman hansısa dialoqdan danışmaq olar”

Ölkədə davam edən iqtisadi-sosial böhran cəmiyyətdə bütün təbəqə və dairlərdə ciddi şəkildə müzakirə edilməkdədir. Maraqlıdır, mövcud situasiya iqtidar və müxalifətin bir araya gəlməsini, problemdən birgə çıxış yollarının axtarılmasını zəruri edirmi?

Moderator.az-a açıqlama verən KXCP sədri Mirmahmud Mirəlioğlu iqtidar və müxalifət təmsilçiləri arasında məlum problemlərə münasibətdə kifayət qədər ciddi və təzadlı yanaşma olduğuna diqqət çəkdi:

Saytların yığılması Saytlarin yigilmasi

“Fikir uzlaşanda, fikirlər arasında yaxınlaşma olanda söhbət etmək, anlaşmaq mümkün olur. İnsanlar böhrandan əziyyət çəkir, manatın devalvasiyasından hər kəs narahatdır. Lakin iqtidarın bundan narahat olduğu hiss edilmir. Əksinə, iqtidar iqtisadi inkişafdan danışır. Bu isə o deməkdir ki, müxalifət və iqtidar arasında məsələlərə baxış tamamilə fərqlidir. Belə olan təqdirdə  hansı dialoqdan danışmaq olar?

Əgər iqtidar məsələlərə baxışını dəyişsə, o zaman hansısa söhbət və dialoqdan danışmaq olar”.

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button