2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

İqtisadçı professor: “Dollar 2 manata qədər qalxacaq, 10-12 faiz bahalaşma olacaq”

24saat.org Yeni Azərbaycan Partiyasının üzvü, məşhur “91-lər”dən olan iqtisadçı professor, keçmiş deputat Əli Əlirzayevlə müsahibəni təqdim edir:

– Əli müəllim, son günlər xarici valyuta, ələlxüsus Amerika dollarının məzənnəsi durmadan qalxır. İndiki durumu təcrübəli iqtisadçı kimi necə qiymətləndirirsiniz?

– Dolların bahalaşması həm siyasət, həm də tələbatdır. Dollara olan tələbat artır. Çünki xarici iqtisadi əlaqələr genişlənir, başqa ölkələrə investisiya gedir.
İkincisi, manatın qiymətdən düşməsi və dolların bahalaşması psixoloji amil kimi insanlara təsir edir. Odur ki, bazara nə qədər dollar buraxırsansa, alırlar. Sən də istədiyin qədər dolları bazara buraxa bilmirsən. Dollar məhduddur. Dollar ya neftdən gələn, ya da başqa məhsulların istehsalı hesabına əldə olunan valyutadır. Odur ki, tələbat artdıqca qiymət də bahalaşır.
Əgər iqtisadiyyat inkişaf etsəydi və dollardan asılı olmasaydı, bu zaman dolların bahalaşması qorxulu olmayacaq və qiymətlərə də ciddi təsir göstərməyəcəkdi. Amma söhbət ondan gedir ki, indi dolların bahalaşması real iqtisadiyyata, alıcılıq qabiliyyətinə, əhalinin həyat səviyyəsinə təsir edir. Bax, bu məqam çox qorxuludur. Bizdə dollardan asılılıq çoxdur. Hazırda bu proses gedir və haradasa dayanacaq. Gərək dövriyyədə dollar ola ki, sən də onu satasan. Və ya ehtiyat fondlarından istifadə etməlisən. Fikrimcə, indiki situasiya yaxşı deyil və qorxuludur.

Saytların yığılması Saytlarin yigilmasi

– Azərbaycan reallığında ABŞ dolları hansı həddə qədər bahalaşa bilər?

– Dəqiq resept demək olmaz. Bəzi mütəxəssislər hesab edir ki, 2 manata qədər qalxa bilər. Hazırda dollar yavaş-yavaş və qəpik-qəpik qalxır. Bir ildə dollar üç dəfə bahalaşıb. Mənə elə gəlir ki, bir qədər də bahalaşacaq.

– Proqnozunuz nədən ibarətdir?

– Məncə, bu ilin sonu və ya gələn ilin ilk aylarına qədər 1 ABŞ dolları 2 manata qədər qalxacaq. Mən bunu deməklə camaata qorxutmaq niyyətində deyiləm. Bir iqtisadçı kimi gedən meyli görürəm. Əgər dollar bu gün satılmırsa, sabah satılanda dərhal alınacaq və qıtlıq yaranacaq. İş adamı dollar alır ki, gedib mal gətirsin. Tələbat artdıqca qiymət bahalaşacaq. Hər halda dolların qiymətində azalma müşahidə olunmayacaq. Azalma meyli olması üçün gərək hərraca dollar çıxarasan. Dolları da haradan alıb çıxaracaqsan? Başqa məhsullar hesabına ölkəyə dollar gəlmir, neftin qiyməti də ucuzlaşıb. Əvəzində ölkədən dollar gedir. Azərbaycan dollardan asılı ölkədir. Odur ki, bahalaşma tendensiyası gedəcək, dollar 2 manat ətrafında fırlanacaq.

– Azərbaycanda dollara tələbat nə qədərdir?

– Bunu müxtəlif kriteryalara əsasən demək mümkündür. Bir götürmək olar ki, Azərbaycandan nə qədər dolları sahibkarlar, investorlar aparır və ölkəyə mal gətirirlər. Azərbaycan iqtisadiyyatında əksər məhsulların heç olmasa 40-50 % dollarla alınır. Bu o deməkdir ki, Azərbaycanda satılan məhsulların hər birinin 40-50 % tərkibində dolların qiymətinin dəyişməsi təsir edəcək. Dikər proporsiya odur ki, investorlar axıb gedir başqa ölkələrə. Bu zaman buradan dollar aparırlar. Onlar dolları burada dəyişib apara bilər, orada qazandıqlarını isə həmin ölkəyə yatıra bilərlər. Bunların təsiri var. Bundan başqa, xarici ölkələrə turist kimi getmək bizdə inkişaf edib. Xarici ölkələrə getmə halları buna təsir edə bilər. Üçüncüsü, məndə fakt və statistika olmasa da, belə təsəvvür edirəm ki, gizli yollar ola bilər. Əvvəllər çox işlənilən sözlərdən biri də o idi ki, gizli iqtisadiyyat, çirkli pullar məsələsi var, bunlar başqa ölkələrə axır və orada əmanət kimi banklara qoyulur və s. Bütün bunlar kompleks təsir edəndə satılan məhsulların 50 % qədərinin ümumi həcmi qədər ölkənin dollar tələbatı var.

– Siz yaxın dövr üçün qiymət artımı gözləyirsiniz?

– Əgər manat ucuzlaşacaqsa və dollar bahalaşacaqsa deməli qiymət artımı baş verəcək. Elə məsələnin qorxulu tərəfi bundadır da. Rusiyada deyirdilər ki, qoy dollar qalxsın, heç bizə lazım deyil. Bizdə də dollardan maksimum asılılıq olmasaydıq, deyərdik ki, dollar qalxsın. Uzağı kimə lazımdırsa tapıb alacaq. Ancaq iş ondadır ki, indi dollar hamıya lazımdır. Çünki dollarla alınıb gətirilən məhsullar əhalinin istehlakına təsir edir. Məsələn, quş, toyuq ətini biz istehsal edirik, amma bu məhsullarla əhalini tam təmin etmirik. Haradasa 40-50 % xarici ölkədən dollarla alırıq. Eləcədə buğda, dən, gübrə, texnika, texnologiyanı. Azərbaycan hansı kənd təsərrüfatı texnologiyası istehsal edir? Biz traktoru da xaricdən alırıq. Eləcədə taxta, şalban, metal gətirilir. Dolların iqtisadiyyata və qiymətə təsir etməməsi üçün ilk olaraq çalışmaq lazımdır ki, həmin məhsullar ölkədə istehsal və istehlak olunsun. Baxın, dolların qalxması Rusiya, Türkiyə və digər ölkələrə ciddi təsir etmir. Əlbəttə, bu ölkələrdə də qiymətlər dəyişə bilir, ancaq bunun real iqtisadiyyata təsiri olmur. Amma bizdə baxırsan ki, məhsul dollardan asılı deyil, amma qiyməti qalxır. Soruşanda məlum olur ki, bu məhsulun tərkibində dollarla alınan bir element var və odur ki, qiymət qalxır. Elə şeylər var ki, onların qiymətinin dəyişməmək üçün dövlətin siyasəti ola bilərdi. Məsələn, nəqliyyat, enerji, su, mavi yanacğın xərclərini azaltmaq yolu ilə dolların təsirini müəyyən qədər kompensasiya etmək olar. Buna tənzimlənən iqtisadiyyat deyilər. Dövlət bu kimi məsələləri həll etməlidir.

– Dollar 2 manat olsa bahalaşma necə faiz olacaq?

– Hazırda 1 ABŞ dolları 1.71-1.75 arasındadır. Hər halda hərrac bu civardadır. Fikrimcə, bahalaşma 10-12 % ola bilər. Bunun üçün qabaqlayıcı tədbirlər görmək lazımdır. Qiymətlər dəyişəndə qiymətlərdən əhaliyə dəyən ziyanı müxtəlif yollarla kompensasiya etməlisən. Yəni əhalinin əmək haqları və ya gəlirləri artmalıdır. Sənaye, ərzaq, məişət avadanlıqlarının qiyməti qalxırsa, kənd təsərrüfatı məhsullarının da qiyməti qalxacaq. Bahalaşma bütün məhsullar üzrə şaxələnir. Elə məhsullar var ki, qiyməti daha çox qalxır, elə məhsul var ki, az miqdarda qalxır. Bu gün 20-22 qəpiyə istehsal olunan buğdanı gətirib 15 qəpiyə satan olmayacaq. Heç olmasa 30-35 qəpiyə satacaq ki, maya dəyərini ödəsin. Bu zaman da un məhsullarının qiyməti qalxacaq. Yəni bunlar bir-birilə sıx bağlı məsələlərdir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button