2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“İrəvan addım atmasa, Rusiyanın imici puça enəcək”

Hazırda sülh istiqamətində ən əsas addım Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsindən və BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin icrasından keçir.

Bu sözlər millət vəkili Asim Mollazadənin  verdiyi açıqlamada yer alır. Millət vəkili bildirib ki, Ermənistan addım atmazsa, bu, Rusiyanın imicini və dünyaya verdiyi vədləri puça endirəcək:
“Varşavada NATO sammitində yenə də Azərbaycanın ərazi bütövlüyünə dəstək verildi və münaqişənin məhz beynəlxalq hüquq normaları çərçivəsində həlli tələb olundu. Hesab edirəm ki, Qarabağ prosesi ətrafında baş verən son dəyişikliklər fonunda, əslində, Ermənistan üçün çox ciddi bir şans yaranıb. Ermənistan işğal edilmiş Azərbaycan ərazilərini azad etməklə bölgədə sülh və stabilliyin başlanğıcını qoya bilər. Qarabağın işğaldan azad edilməsində mərhələli həll planının əsas yolu da məhz bundan keçir. Azərbaycan bu prosesi bundan sonra da sürətlə davam etdirəcək. Çünki Ermənistanın vaxtı artıq bitib”.
Qeyd edək ki, Prezident İlham Əliyev ötən gün Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında münaqişənin həllinin yeganə mümkün variantının məhz mərhələli həll planı olduğunu vurğulayıb.(Axar.az)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button