2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

İran Rusiyadan Su-35 qırıcılarının alınma prosedurunun yekunlaşdığını bildirir

Məlumatlarda o da qeyd olunur ki, Rusiya qırıcıların İrana çatdırılması yazda baş tuta bilər

Saytların yığılması Saytlarin yigilmasi

İran Rusiyanın Su-35 qırıcılarının alınması prosedurunu başa çatdırıb. Bu barədə İranın dövlət televiziyası İranın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəliyinə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Tehran İrana döyüş təyyarələrinin satılması imkanları bəzi ölkələrə müraciət edib və Rusiya bu müraciətə müsbət cavab verib.

Amma İranın BMT-dəki daimi nümayəndəsi müqavilənin şərtləri, nə vaxt bağlandığı və neçə döyüş təyyarəsinin gətiriləcəyi barədə məlumat verməyib.

Türkiyənin “Anadolu” agentliyi İran mətbuatına istinadən yazır ki, 24 döyüş təyyarəsinin alına bilməsindən yazır.

Eyni rəqəmi daha əvvəl İsrailin Kanal 12 telekanalı da bildirib. Kanalın məlumatlarına görə, söhbət əvvəlcə Misirə satılmalı olan hərbi təyyarələrdən gedir.

“Reuters” in yazdığına görə, hazırda İranda cəmi bir neçə onlarla döyüş təyyarəsi var və ölkənin Hərbi Hava Qüvvələrinin əsasını hələ də 1979-cu il İslam inqilabından əvvəl alınan Amerika təyyarələri təşkil edir.

İran həmçinin Sovet və Rusiya istehsalı olan təyyarələrlə – ilk növbədə MiQ-29 və Su-24 ilə silahlanıb. Əgər onlar gətirilərsə, Su-35 İranın arsenalında ən müasir təyyarə olacaq.

Ağ Ev xəbərdarlıq edib ki, Rusiya qırıcılarının tədarükü regionda qüvvələr balansını dəyişə bilər.

Dövlət televiziyasının xəbərinə görə, BMT-nin Tehrana silah tədarükünü qadağan edən ölkədən sanksiyalarını götürdükdən sonra İran adı açıqlanmayan bir neçə başqa ölkə ilə qırıcı təyyarələrin alınması ilə bağlı danışıqlar aparıb.

İran parlamentinin milli təhlükəsizlik komitəsinin üzvü Şəhriyar Heydəri bu ilin yanvarında “Tasnim” agentliyinə müsahibəsində Rusiya ilə razılaşmaların əldə olunduğunu, qırıcıların çatdırılmasının yazda baş tuta biləcəyini söyləyib.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button