2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

İran səfirinin Xəzərin enerji resurslarının birgə işlənməsi haqqında dedikləri

Bakı/10.02.22 Xəzərin hüquqi statusu haqqında Konvensiya İİR Parlamenti tərəfindən ratifikasiya edildikdən sonra İran Xəzərin enerji resurslarının birgə işlənməsi haqqında substantiv danışıqlar apara bilər.

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin bu gün ikitərəfli diplomatik münasibətlər qurulmasının 30-cu və İslam İnqilabının qələbəsinin 43-cü ildönümünə həsr olunmuş mətbuat konfransında dediklərindən belə nəticə çıxarmaq olar.

Səfir qeyd edib ki, 2021-ci ilin sonlarında Aşqabadda iki ölkə liderinin görüşündən sonra ikitərəfli münasibətlərdə siyasət, iqtisadiyyat, təhlükəsizlik, mədəniyyət və s. sahələri əhatə edən irəliləyiş baş verib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu fonda Bakı və Tehran arasında Xəzərin cənub hissəsində dəniz dibinin delimitasiyası və dənizin enerji resurslarının birgə işlənməsi haqqında danışıqlar aparılacağını gözləmək olar? Turan-ın bu sualına cavabda səfir dənizin hüquqi statusu məsələsinin “ikitərəfli deyil, çoxtərəfli” məsələ olduğunu bildirib.

Bu zaman diplomat qeyd edib ki, İranda Xəzərin hüquqi statusu haqqında Konvensiyanın təsdiq edilməsi prosedurunun bütün mərhələləri keçib və son mərhələdə onun parlamentdə ratifikasiyası gözlənilir.

“Bu məsələnin həllindən sonra biz enerji mənbələrinin birgə istismarından rahat danışa bilərik. Eyni zamanda, fikir ayrılıqları olmayan bir mənbə var və o, ikitərəfli və çoxtərəfli əsaslarla işlənə bilər”, deyə səfir bildirib.

O, məhz hansı yataqdan və ya strukturdan söhbət getdiyini dəqiqləşdirməyib, “tezliklə bu enerji mənbəyinin adının açıqlanacağını” qeyd edib. -06Â-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button