24 saat en son xeberler - Xeberler platformasi

Xəbərlər

İran Zəngəzur dəhlizini dəstəkləyir

Bakı/29.11.21 Bazar günü Aşqabadda İran və Azərbaycan prezidentlərinin görüşü zamanı Raisi həmçinin xatırladıb ki, Qarabağ məsələsində Tehranın “açıq və birmənalı mövqeyi olub”. “Ali rəhbərdən dövlət qurumlarının məmurlarına qədər hamı o mövqedə olub ki, Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir”, – o deyib.

Öz növbəsində İlham Əliyev deyib ki, Azərbaycan İranla münasibətlərə böyük önəm. “Bu, bizim ilk görüşümüzdür. Əminəm ki, bu görüş Azərbaycan-İran əlaqələrinə güclü təkan verəcək”, – IRNA Agentliyi Əliyevdən sitat gətirir.

Mənbənin məlumatına görə, prezidentlər Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizini, həmçinin Zəngəzur nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlığı müzakirə ediblər. Qeyd olunub ki, Zəngəzur dəhlizinin yaradılması İrana da sərfəlidir. Həmçinin Azərbaycan, Rusiya, İran enerji dəhlizinin yaradılması müzakirə olunub. -0-

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button