2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

İranda həbsdə olan Fərid Səfərlinin səhhətinin pisləşdiyi bildirilir

İran hakimiyyəti tərəfindən casusluqda ittiham olunan Azərbaycan vətəndaşı Fərid Səfərlinin vəziyyəti xeyli pisləşib.

Toplum TV xəbər verir ki, bu barədə onun anası Dilarə Əsgərova “Turan” xəbər agentliyinə açıqlamasında bildirib. 

Ana oğlunun intihar edə biləcəyindən narahatdır. Əsgərova Azərbaycan hakimiyyətini oğlunun tezliklə azad edilməsinə yardım etməyə çağırıb. 

Saytların yığılması Saytlarin yigilmasi

Əsgərovanın verdiyi məlumata görə, o, hər gün oğlu ilə telefonla danışır.

“Son vaxtlar Fəridin psixoloji vəziyyəti gərgindir. Mən özüm həkiməm və hiss edirəm ki, oğlum depressiyadadır. Həbsxana həkimləri Fəridi müayinə ediblər və ona müalicə yazıblar. Lakin Fərid dərman qəbul etməkdən imtina edib. O, bunu əsassız həbsinə etiraz əlaməti olaraq edir və ona asılılıq yaradan dərmanlar verilə biləcəyindən ehtiyatlanır”.

Səfərli həmçinin 2 illik həbs cəzası başa çatdıqdan sonra onun həbs müddətinin uzadılacağından ehtiyatlanır. Əsgərova hesab edir ki, Azərbaycan hakimiyyəti oğlunun azad edilməsi üçün kifayət qədər fəal addımlar atmır. O, Azərbaycan hökumətini bunun üçün təsirli tədbirlər görməyə çağırıb.

Almaniyada təhsil alan Azərbaycan vətəndaşı Fərid Səfərli 2023-cü ilin martında birlikdə oxuduğu tanışı ilə görüşmək üçün getdiyi İranda yoxa çıxıb. Sonradan İran hakimiyyəti onun casusluq ittihamı ilə həbs edildiyini təsdiq edib. 

Sonradan ittiham “casusluq niyyətinə” tövsif edilib. Avqustda Səfərli 2 illik azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Noyabrda İranın Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button