Dünya

İranda Xomeyninin evinə od vurulduğu xəbər verilir

Bu videoların çəkildiyi məkanı araşdıran ekspertlər söhbətin məhz Xomeyninin evindən getdiyini təsdiqləyiblər

Sosial media şəbəkələrində İran İslam Respublikasının banisi ayətüllah Ruhulla Xomeyninin ev-muzeyinin yandığını əks etdirən videolar yayılıb.

Reuters agentliyi fəallara istinadən bildirir ki, Xomeyn şəhərindəki evə etirazçılar od vurublar.

Agentliyin bu videoların çəkildiyi məkanı araşdıran ekspertləri söhbətin məhz Xomeyninin evindən getdiyini təsdiqləyiblər.

Lakin yarırəsmi Təsnim agentliyi evin yanması barədə xəbəri təkzib edib və bildirib ki, evin yaxılığında “az sayda” adamlar toplaşıb.

Xomeyn şəhəri

Sosial mediada yayılan videolarda onlarca adamın binanın yanmasını alqışladığı görünür.

Reuters müstəqil qaydada videoların nə vaxt çəkildiyini dəqiqləşdirə bilməyib, amma fəalların 1500Təsvir şəbəkəsi hadisənin noyabrın 17-də Xomeyninin doğulduğu Xomeyn şəhərində baş verdiyini xəbər verib.

Bu şəhər paytaxt Tehranın yaxınlığındadır. Xomeyninin doğulduğu ev sonradan onun muzeyinə çevrilib.

Xomeyni 1989-cu ildə vəfat edib.

Xomeyni küçəsindəki lövhələri qoparırlar

Onun varisi ayətllah Əli Xameneyi hazırda ölkəni bürümüş etiraz aksiyalarının əsas hədəflərindən biridir.

Sentyabrın ortalarında gənc kürd qadın Məhsa Əmini polisdə öldükdən sonra başlanan etirazlarda tez-tez “Diktatora ölüm!”, “Rədd olsun Xameneyi!” şüarları səslənir.

Təsvir saytının yaydığı başqa videolarda Sistan-Bəlucistan ostanının Zahedan da daxil bir sıra şəhərlərində etiraz yürüşlərinin keçirildiyi görünür.

Zahedanda keçirilən mitinqdə “Xameneyiyə ölüm!” şüraları səsləndirilib.

Çabaharda isə adamların ayətüllah Xomeyni küçəsində onun adı yazılmış lövhələri qopardıqları və ayaq altına atıb tapdaladıqları görünür.

“Xameneyi, biz səni basdıracağıq”

Bu arada dövlət mediası ölkənin cənub-qərbindəki İze şəhərində 7 nəfərin dəfn mərasiminin keçirildiyini xəbər verir. Mərasimi hakimiyyət orqanları keçirib.

Xəbərdə deyilir ki, bunlar “terror aktı” nəticəsaində həlak olanlardır.

Lakin sosial media videolarında 10 yaşlı Kiyan Pirfələk adlı oğlanın anası uşağının təhlükəsizlik qüvvələri tərəfindən güllələndiyini deyir.

Sosial mediada Pirfələkin dəfnində çəkildiyi iddia edilən videolarda etirazçıların xorla “Xameneyi, biz səni basdıracağıq” dedikləri eşidilir.

24 saat” “
İranda Xomeyninin evinə od vurulduğu xəbər verilir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  SON DƏQİQƏ | Təxribat iddiası rəsmən təsdiqləndi! Partlayıcı qalıqlar tapılıb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button