2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

İranla sərhəddə 137 kiloqram heroin götürülüb

Bakı/03.12.21 Azərbaycan gömrükçüləri Azərbaycan ərazisilə İrandan Qazaxıstana gedən yük maşınında 137 kiloqramdan çox heroin aşkar ediblər. Bu, İranla sərhəddə Astara gömrük postunda baş verib. Məlumatı dekabrın 3-də Dövlət Gömrük Komitəsinin mətbuat xidməti yayıb.

Rentgen aparatı ilə yoxlama zamanı müəyyən edilib ki, kabinin içərisindəki üzlüyün altında gizlədilmiş əşyalar var. Baxış zamanı orada 171 bağlama heroin aşkar edilib.

Dindirmə zamanı sürücü etiraf edib ki, İranda ona narkotik maddələri daşıması üçün pul veriblər. Məlumatda heroin tədarükünü kimin sifariş etdiyi açıqlanmır. Dövlət Gömrük Komitəsinin məlumatına görə, həmin partiyanın “qara bazar”da qiyməti 16 milyon manat (təxminən 10 milyon dollar) edir. -02

Saytların yığılması Saytlarin yigilmasi

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button