2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

İranlı diplomat Azərbaycanı öz ərazilərinin azad edilməsi münasibətilə təbrik edib

Bakı/22.09.21 İranın Azərbaycan və Türkiyə ilə yaxşı ikitərəfli əlaqələri var və əsas məqsəd bu əlaqələri üçtərəfli formata çevirməkdir. Bu barədə İranın xarici işlər nazirinin müavini, Beynəlxalq və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Məhəmməd Kazım Səccadpur çərşənbə günü Bakıda üç ölkənin analitik mərkəzlərinin rəhbərləri ilə görüşdə bildirib.

O, dövlətlər arasında münasibətlərin inkişafı üçün yeni imkanların araşdırılmasında beyin mərkəzlərinin mühüm rol oynadığını xüsusi vurğulayıb.

İranlı diplomat işğal olunmuş ərazilərin azad edilməsilə bağlı Azərbaycanı təbrik edərək deyib ki, yaranmış yeni reallıq yalnız  “təkcə məsələ deyil, həm də regional məsələdir”.

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev isə öz növbəsində qeyd edib ki, analitik mərkəzlərin platforması problemli məsələlər də daxil olmaqla, istənilən məsələnin müzakirəsi üçün münasib meydanşadır. “Bizim məqsədimiz İkinci Qarabağ Müharibəsindən sonra yeni geosiyasi vəziyyəti, nəqliyyat və digər layihələr də daxil olmaqla regionda əməkdaşlığın yeni potensialını müzakirə etməkdir”, – Şəfiyev bildirib.

O xatırladıb ki, Azərbaycan və Türkiyə prezidentləri 3+3 formatında (Azərbaycan, Ermənistan, Gürcüstan + Türkiyə, İran, Rusiya) regional əməkdaşlıq platforması təklif ediblər. Amma çətin ki yaxın vaxtlarda 6 dövləti bir yerə toplamaq mümkün olsun. Azərbaycanla Ermənistan arasında münasibətlər yaxşılaşmayıb və münaqişədən sonrakı nizamlanma ilə bağlı Bakının təklifləri Yerevan tərəfindən qəbul edilməyib.

“Hazırkı müzakirələrin üçtərəfli formatda keçirilməsi məhz platformanın genişləndirilməsinə xidmət edir”, – Şəfiyev deyib.

Türkiyənin İran Araşdırmaları Mərkəzinin direktoru Hakkı Uyğur qeyd edib ki, Azərbaycan, İran və Türkiyə tarix, mədəniyyət və kimlik baxımından ortaq dəyərlərə malikdir. Regionun hər üç ölkəsi tez-tez ümumi təhdid və çağırışlarla üzləşirlər. Belə görüşlər regionda siyasi prosesləri təhlil etmək üçün yaxşı imkan yaradır.

Uyğur daha sonra deyib ki, konfransda Ermənistan-Azərbaycan münaqişəsi və Əfqanıstan, birgə ticarət məsələləri müzakirə olunacaq. Tədbirin yekunlarına dair hesabat hazırlanacaq.

Sonra tədbir bağlı qapılar arxasında davam edib. Sabah konfrans iştirakçıları Ağdama səfər edəcəklər. –06D-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button