Xəbərlər

İranlı nazirin təşəkkürü və xahişi/YENİLƏNİB/

Loading...

İran Xarici İşlər Nazirliyinin məlumatına görə, Abdollahian iki iranlı sürücünün Azərbaycan tərəfi tərəfindən azad edilməsinə görə Bayramova təşəkkür edib.

İranlı nazir həmçinin “… İran yük maşınlarının Azərbaycanla həmsərhəd rayonlarda hərəkətini asanlaşdırmağa çağırıb”.

*   *   *

2021 Oktyab 23 (Şəmbə) 21:03:20

Azərbaycan  və İran xarici işlər nazirlərinin telefon danışığı

Bakı/23.10.21 Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında oktyabrın 23-də telefon danışığı baş tutub.

Nazirlər ikitərəfli münasibətlərin cari vəziyyətinə dair fikir mübadiləsi aparıblar. 

Son həftə ərzində baş vermiş inkişafı müsbət dəyərləndirən nazirlər, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşılması ilə bağlı İranın müvafiq qurumlarının yaydığı xəbərdarlığı, eyni zamanda Azərbaycan tərəfindən 2 İranlı sürücünün buraxılmasını qarşılıqlı müsbət addım kimi vurğulayıblar.

Telefon danışığı zamanı Birgə Hökumətlərarası Komissiyanın, İranın yeni administrasiyası tərəfindən yenilənmiş tərkibdə fəaliyyətinin davam etdirilməsinin əhəmiyyəti ifadə olunub.

Tərəflər bütün fikir müxtəlifliklərinin dialoq vasitəsilə həll edilməsinin vacibliyini qeyd ediblər.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
 -0-

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button