Loading...
Loading...
Cəmiyyət

İşdən çıxarılan icra müavini rusca danışmağa başlayıb: “Ya vas ne ponimayu…”

Ötən gün vəzifəsindən azad edilən Lənkəran icra hakimiyyətinin başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyeva mətbuata rusca açıqlama verməyə başlayıb.

Manset.az-ın əməkdaşı işdən çıxarılması ilə bağlı Əliyevanın uzun illər işlətdiyi mobil nömrəyə zəng vurub. Ancaq rusca danışa biləcəyini deyən keçmiş müavin mətbuat nümayəndələrinin davamlı olaraq onu narahat etdiyini dilə gətirib: “İzvinite, ya vas ne ponimayu…”.

Qeyd edək ki, R.Əliyeva  və 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova tərəfindən 9-cu sinif şagirdi Camalova Aliyə Samir qızının döyülməsi barədə məlumat yayılıb. Artıq fakt təsdiqlənib. Baş Prokurorluqda bununla bağlı cinayət işi başladılıb.

24 saat” “İşdən çıxarılan icra müavini rusca danışmağa başlayıb: “Ya vas ne ponimayu…”” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Azərbaycanda yüksək vəzifəli məmurun oğlunun toyunda yığılan pullar oğurlandı

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button