2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏSiyasət

İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatı Azərbaycanla bağlı kampaniyaya başlayıb

İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatı (İƏÜT) dekabrın 20-də kampaniyaya başlayaraq beynəlxalq birliyi Azərbaycanda vəziyyətə müdaxilə etməyə çağırıb.

İƏÜT-nin Turan-a daxil olan məlumatında amansız işgəncələrə, ədalətsiz məhkəmə proseslərinə son qoyulmasının vacibliyindən danışılır. Belə ki, bu hallar “Nardaran işi” üzrə prosesdə baş verir. Nardaran qəsəbəsindən 18 müttəhim işgəncələrə məruz qalıb.

Bu gənclər qətl, terrorizm, iğtişaş, qanunsuz silah saxlamaq, hakimiyyətin zorla ələ keçirilməsi, dini ədavətə təhrik kimi cinayətlərdə ittiham olunurlar.

Saytların yığılması Saytlarin yigilmasi

2015-ci il noyabrın 26-da saxlanma zamanı onların lideri Taleh Bağırzadə və digər dindarlar vəhşicəsinə döyülüb, bəziləri öldürülüb.

Polis idarəsində onları bir neçə gün döyüblər, ancaq prokurorluq təhqiqata başlamayıb.

Polis bir aydan sonra T.Bağırzadənin vəkillərlə görüşünə icazə verib və o, dərhal işgəncələrlə bağlı şikayət verib.

T.Bağırzadənin bədənindəki yaralar sağalmadığından məhkəmə bir neçə dəfə təxirə salınıb. O, təkrar işgəncə təhlükəsi altında öz şikayətini geri götürməli olub.

Məhkəmə 2016-cı il iyulun 19-da başlayıb və ciddi narazılığa səbəb olub. Belə ki, hakim işgəncələrin araşdırılması barədə tələbləri rədd edib. Növbəti iclaslarda müttəhimlər polisin yalan ifadələrinə və hakimin işgəncələrə dair şikayətlərə baxmaqdan yayınmasına etiraz ediblər.

Bundan əlavə, hakim müntəzəm olaraq müttəhimləri qorxudur və tələb edir ki, öz şikayətlərindən imtina etsinlər.

Müttəhimlərin ailə üzvlərinin məlumatına görə, digər üç müttəhim saxlanma zamanı odlu silah yarası alıb, lakin onlara lazımi tibbi yardım göstərilməyib, müalicə almayıblar. Nəticədə sərbəst hərəkət etmək qabiliyyətini itiriblər.

Müttəhimlərlə bu cür rəftarın səbəbi onların Azərbaycanda hakim rejimi, korrupsiya və insan hüquqlarının pozulmasını tənqid etmələridir. Hakimiyyət gənclərin belə etirazlarına dini radikalizm donu geyindirməyə çalışır.

2014-cü ildə hakimiyyətin vətəndaş cəmiyyətinə qarşı başladığı kütləvi repressiyalar nəticəsində bir çox QHT-nin fəaliyyəti dayandırılıb, ümumilikdə, Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi üzrə işlər çətinləşib, İƏÜT qeyd eir.

İş o yerə gəlib çatıb ki, hakimiyyət AXCP sədrinin müavini Fuad Qəhrəmanlını və müxalifətyönlü qəzetin maliyyə direktoru Faiq Əmirlini radikalizmdə ittiham edib.

İƏÜT beynəlxalq təşkilatları Azərbaycanın dövlət başçısı, baş prokuror, daxili işlər, ədliyyə və xarici işlər nazirlərinə müraciət ünvanlayaraq həbsdə olan nardaranlılara qarşı amansız davranışa son qoyulmasını, ədalətli məhkəmənin təmin olunmasını, işgəncələrin verilməsində günahkar olanların tapılıb məsuliyyətə cəlb edilməsini, hüquq müdafiəçilərinin və ədalətsiz həbsdə saxlanılanların azad olunmasını tələb etməyə çağırıblar.

Öz növbəsində, Azərbaycan rəsmiləri ölkədə işgəncə faktının olmasını birmənalı qəbul etmir və beynəlxalq təşkilatların hesabatlarını qərəzli adlandırır. (amerikaninsesi.org)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button