2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“İsgəndər”lərlə bağlı faktın “Washington Post”da qınanması yaxşıdır, amma…”

Hikmət Babaoğlu: “Yaxşı olar ki, qəzet teplovizorlarların Ermənistana nə üçün verildiyinə də aydınlıq gətirsin”
ABŞ-ın “Washington Post” qəzetində Rusiyanın Ermənistana satdığı “İsgəndər” raketlərinin sadəcə Azərbaycan və Türkiyəni hədəf almadığı, bu raketlərin Avropa dövlətləri üçün də ciddi təhlükə kəsb etdiyi ilə bağlı məqalə dərc olunub.
Maraqlıdır, Azərbaycan Ermənistana təzyiqi artırmaq, işğalçı dövlətin sürətlə silahlanmasına diqqət çəkmək üçün bu silahlanmanın bütün dünya üçün ciddi təhlükə mənbəyi olması fikrini daha geniş şəkildə təbliğ etməlidirmi?
Moderator.az-a açıqlama verən millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
““İsgəndər” raketlərinin Ermənistana verilməsi ilə bağlı “Washington Post” qəzetində gecikmiş bir məqalə dərc olunub. Amma təəssüf ki, həmin məqalədə bu raketlərin Azərbaycanla yanaşı Qərbin deyil, sadəcə Avropanın təhlükəsizliyini təhdid etdiyi ilə bağlı fikirlər yer alıb. Bu, doğru və dolğun yanaşma deyil. Əlbəttə ki, bu cür qorxulu silahın Ermənistana verilməsi bütünlükdə regionda təhlükəsizliyə təhdid yaradır. Ancaq ABŞ həqiqətən də bundan narahatdırsa, o zaman məsələyə strateji müttəfiqlik münasibətində olduğu Azərbaycanın mənafeyi baxımından yanaşmalıdırlar. Təəssüf ki, buna paralel olaraq erməni mətbuatı aprel döyüşlərindən sonra ABŞ tərəfindən təmas xəttində xüsusi texniki göstəricilərə malik teplovizor sisteminin pulsuz olaraq Ermənistana verildiyi və quraşdırıldığını yazır. Bu sistem bütövlükdə 10-a qədər funksiya yerinə yetirir və hərəkətdə olan hər şeyi təsbit edir. Əgər doğrudan da “Washington Post” qəzetində iddia olunduğu kimi, Ermənistanada nüvə başlığı daşıya bilən raketlərin mövcudluğu Avropanı təhdid edirsə, əgər doğrudan da ABŞ Azərbaycandakı sabitliyi Avropanın təhlükəsizliyin tərkib hissəsi hesab edirsə, o zaman nə üçün təmas xəttində ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında pulsuz olaraq teplovizorlar yerləşdirir?
Bu səbəbdən də biz bu məsələrdən danışarkən daha dərin analiz aparmalıyıq. Araşdırmalıyıq ki, ABŞ-ın məqsədi nədir? Regionda Türkiyə-Rusiya gərginliyi yaratmaqla yenidən hakim rolunu oynamağamı çalışır? Yoxsa sözün həqiqi mənasında “İsgəndər” raketlərindən narahatlıq keçirirlər?
Biz bilirik ki, Ermənistanda yerləşən “İsgəndər”lərlə Avropanı birbaşa təhdid etmək ciddi görünmür. Odur ki, bu məsələnin arxasında xeyli fərqli məqsədlərin olduğu daha çox ehtimal ediləndir. Birinci məqsəd qeyd etdiyimiz kimi, yeni qarşıdurma məkanı kimi Cənubi Qafqazın seçilməsi, burada mümkün Türkiyə-Rusiya qarşıdurması yaratmaq cəhdi ola bilər. Hansı ki, bu cəhd Suriyada uğursuzluqla nəticələnmişdi. Ikinci məqsəd Azərbaycan ictimai rəyində ABŞ-ın imici üçün müsbət dividentlər əldə etmək ola bilər.
Onud a xatırladım ki, ABŞ səfiri aprel ayının 3-də müxalifət nümayəndələri ilə görüşdü və onlar növbəti bazar günü mitinqə çıxdılar. Bu barədə bəzi informasiya agentlikləri məlumat yaydı. Mən bunu onlara istinadən deyirəm. Səfirlik isə yazılanları təkzib etmədi. Belə olan halda “məqsəd nədir” sualı meydana çıxır. Əgər ABŞ-da hesab edirlərlərsə ki, bunlar gözdən yayınır və Azərbaycanda bu barədə kimsənin xəbəri yoxdur, deməli məsələyə ciddi yanaşmırlar.
Bir sözlə, “İsgəndər”lərəl bağlı faktın böyük oxucu auditoriyası olan “Washington Post” qəzetində dərc olunması yaxşıdır. Amma bu faktı qınayan dövlətin özü də atdığı addımlara məsuliyyətlə yanaşmalı, bu addımlarla bağlı hesabat verməlidir. Gözləyək və ümid edək ki, həmin müəllif “Washington Post”un növbəti sayında ABŞ-ın teplovizorları Ermənistna nə üçün verdiyinə də aydınlıq gətirəcək”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button