Loading...
Loading...
Xəbərlər

İşğaldan azad edilmiş ərazilərin 52 faizində mobil rabitə bərpa olunub

Bakı/24.12.21 Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mobil internet şəbəkəsinin 52 faizi bərpa olunub. Bu barədə Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu gün Yeni Azərbaycan Partiyasında “Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə” mövzusunda keçirilən elmi-praktiki konfransda deyib.

Onun sözlərinə görə, 1998-ci ildən başlayaraq yalnız 2016-cı ildə ölkə üzrə mobil şəbəkə (işğal olunmuş ərazilər istisna olmaqla) 95 faiz təmin olunub.

“Amma, qısa müddətdə işğaldan azad edilmiş ərazilərdə 52 fazizlik nəticə əldə edilib. Biz həm sabit, həm də mobil şəbəkə ilə bağlı işləri davam etdirəcəyik”, deyə nazir qeyd edib. -03-

 

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button