2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetRedaktorun seçimi

İŞİD-in 13 yaşlı KİLLERİNİN atası danışdı

Suriyada kürd girovları silahla vuraraq öldürən beş uşağın olay yaradan görüntüləri sayəsində illərdir görmədiyi oğlunu şəkillərdə görən ata mətbuata şok açıqlamar verib.
“Daily Mail”in xəbərinə görə, ingilis kişi İŞİD terror təşkilatının yayımladığı video görüntülərindəki terrorist uşaqlardan birinin onun oğlu olduğunu iddia edib.
24saat.org saytı xəbər verir ki, təhlükəsizlik səbəbiylə adının açıqlanmasını istəməyən atanın ifadəsinə görə, 47 yaşlı həyat yoldaşı Sally Jones, oğulları JoJonu başdan çıxaraq onun İŞİD terror təşkilatına qatılmasını təmin edib.

JOJO
JOJO

3 ildir oğlunu heç görmədiyini söyləyən ata, JoJonun 2013-ci ildə 10 yaşındaykən İŞİD-ə qoşulmaq üçün Suriyaya köçən anası Sally Jones tərəfindən qaçırıldığını bildirib.

Bunu da oxuyun: – “Space” Heydər Əliyevin və İlham Əliyevin hakimiyyətə gəldiyi günü “Fəlakət Günü” adlandırdı

Saytların yığılması Saytlarin yigilmasi

Suriyada İŞİD terror təşkilatı tərəfindən girov alınan bir qrup kürdü qətl edən 5 uşağın video görüntüləri sayəsində oğlunu görən ata, kiçik JoJo üçün, “Oğlum bu təşkilata üzv olmadan əvvəl parklarda oynayan, heyvanları qovan normal bir uşaq idi. Onun indiki vəziyyətinə dözmək çox çətindir. Onun bu şəkildə dəyişməsi fəlakətdir” deyib.

sally
Sally Jones

İki uşaq anası Jones Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən “dünyanın ən çox axtarılan terrorçuları” sırasına daxil edilib. Jonesin digər oğlu 20 yaşlı Jonathan hazırda İngiltərədə yaşayır.
“Daily Mail” görüntülərdəki digər uşaqların isə “Kürd, Özbək, tunisli və misirli” olduğunu bildirib. Qəzet dünənki xəbərində uşaqlardan birinin “Türkiyədən” olduğunu bildirsə də, daha sonrakı xəbərdə isə həmin uşağın “Kürd” olduğunu xəbər verib.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button