2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

İşıq dünyəvi düşüncədədir

Rafiq Manaflı

Azərbaycanın gələcəyini Avropa, Türkiyə, Rusiya və ya İran ilə ittifaqda görənlər həmişə olub, olacaq. Kiminsə hansısa ölkəyə simpatiya bəsləməsi, öz ölkəsinin rifahını həmin ölkə ilə ittifaqda görməsi avtomatik olaraq bu adamın həmin ölkənin agenti olması anlamına gəlmir. Məsələn, mən Türkiyə simpatizanıyam, Türkiyə-Azərbaycan münasibətlərinin maksimum dərinləşməsinin tərəfdarıyam. Ölkəmizin rifahını Avropaya inteqrasiyada görürəm. İndi məni Türkiyənin, ya Avropanın agenti adlandırmaq mümkündürmü? Mənim üçün Azərbaycan dövləti və onun maraqları hər şeyin fövqündədir. Eləcə də başqa ölkələrin simpatizanları üçün belə olduğunu, onların əksəriyyətinin Azərbaycanın maraqlarını hər şeydən üstün tutduğunu qəbul edirəm. Təbii ki, bütün bu dövlətlərin müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda agentura şəbəkəsi var, amma bu başqa substansiyadır.
Ötən əsrin əvvəllərində hansı tərəfə getmək mübahisələri indikindən də qızğın olub. Yalnız Rusiya yerli ruspərəstlərin köməyi ilə Azərbaycanı işğal edəndən sonra bolşeviklər rusdan başqa bütün pərəstləri güllədən keçirdilər. 70 il SSRİ adlı inperiyada yaşadıq. İtirdiklərimiz də oldu, elə itirdiklərimiz qədər qazandıqlarımız da. Və qazandığımız yaxşı şeyləri sürətlə itirə-itirə getdiyimiz indiki zamanda özüm daxil, ikiəlli yapışıb qoruduğumuz bircə bolşevik düşüncə tərzidir.
30 il bundan qabaq müstəqillik əldə edəndə dünyəvi təfəkkür tərzimizlə, mədəniyyətimiz, alimlərimiz, ziyalılarımızla özümüzü bütün müsəlman dünyasının mayakı sanırdıq. İndi haradayıq?
İşıq ordadır, dünyəvi düşüncənin, dünyəvi üsul-idarənin beynimizə, təfəkkürümüzə hopmasındadır.
Kaş allah gənclərimizə belə taleyüklü məsələləri masa arxasında, sivil, bir-birinə qarşılıqlı hörmət şəraitində müzakirə etmək qabiliyyəti bəxş etsin. Məni isə bundan sonra dəyişmək mümkün deyil.
Və bizi XVIII-XIX əsrlərin şəriət zülmətinə və yaxud orta əsrlərin feodalizm bataqlığına dartanlar, öz bolşevik düşüncə tərzimlə mənim üçün xain, xalqımızın, millətimizin düşmənləridirlər.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button