2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

İsrail Qəzzadakı müharibə hədəfinə nə dərəcədə yaxındır?

İsrail tərəfinin fikrincə, bunlar hələ ilk günlərdir və dəfələrlə bildirib ki, əməliyyat daha uzunmüddətli və çətin olacaq. İsrail Müdafiə Qüvvələrinin BBC-yə danışan rəsmilərindən biri baş verənləri boks yarışı ilə müqayisə edir:

“Bu sadəcə 15 raundlu mübarizənin 4-cü raundudur”, – isrilli mənbə bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

İsrailin açıqlamasına görə, bugünədək 14 mindən çox hava hücumu həyata keçirib və Həmasın yüksək hərbi mövqelərini, eləcə də yüksək rütbəli komandirlərini məhv edib. Hərbi ekspert və Jerusalem Post qəzetinin keçmiş redaktoru Yaakov Katz deyir ki, İsrail bugünədək 23 mindən çox sursat istifadə edib.

Müqayisə üçün bildirək ki, Qərb müttəfiqləri Mosul uğrunda gedən döyüşlərdə İŞİD hədəflərinə həftədə 500 bomba atırdı.

Qəzzanın Həmasın nəzarətində olan hissəsinin Səhiyyə Nazirliyi bildirib ki, müharibə başlayandan bəri 11 mindən çox insan öldürülüb, onlardan 4500-ə yaxını uşaqlardır.

İsrail ordu qüvvələri qeyd edib ki, quru qoşunları Qəzza Zolağını şimal və cənub olmaqla iki hissəyə ayırıb və Qəzza şəhərini mühasirəyə alıblar. Qurumun açıqlamasına görə, hərbçilər artıq “şəhərin mərkəzindədir”, bu isə o deməkdir ki, İsrail bölgəni nəzarətə götürməklə bağlı hədəflərindən hələ çox uzaqdır. Həmas İsrail ordusunun Qəzza şəhərinin içərilərinə doğru irəliləməsi ilə bağlı iddialarını rədd edib.

İsrail Həması təcridetmə ilə bağlı başlatdığı planın birinci fazasının uğurla davam etdiyini bildirib və əgər belədirsə, o zaman bu, Həmasın böyük itkilər verməsi deməkdir. Müharibə başlayan zaman Həmasın təxminən 30-40 min döyüşçüsünün olduğu deyilir.

İsrail Müdafiə Nazirliyinin yüksək rəsmilərindən biri BBC-yə bildirib ki, silahlı qruplaşmaya aid döyüşçülərin 10 faizi və ya 4 minə yaxını öldürülüb. Hazırda bu rəqəmlərin doğru olub-olmadığını yoxlamaq çətindir, lakin İsrailin bombalama kampaniyası Həmasın döyüş qabiliyyətini azaldıb.

İsrail ordusu isə müqayisədə çox az itki verib. Rəsmi Təl-Əviv quru əməliyyatı başlayandan bəri 34 əsgərinin öldüyünü açıqlayıb. Kəşfiyyat və təhlükəsizlik üzrə israilli ekspert Yossi Kuperwasser qeyd edib ki, İsrail orduda itkilərin sayının yüksək olmaması üçün quru əməliyyatlarını “olduqca diqqətli və dəqiqliklə” həyata keçirir.

Hələlik Həmas döyüşçülərindən neçəsinin şimal ərazidə qaldığı və tunellərdə neçə döyüşçünün olduğu məlum deyil.

Tunellər İsrail üçün döyüşlərdə əhəmiyyətli dərəcədə çətinlik yaradır. İsrail qüvvələri yer altından döyüşməkdən daha çox, həmin tunellərin partladılmasına üstünlük verir.

İsrailin döyüşdə ən mühüm üstünlüyü onun kəşfiyyat və hərbi imkanlarıdır. O, istədiyi vaxt Qəzzada mobil rabitə və internet şəbəkəsi də daxil olmaqla bütün kommunikasiya xətlərinə müdaxilə edə bilir. Döyüş təyyarələri və dronlar sayəsində yür üstü hədəflər üzərində üstünlüyə malikdir.

İsrail ordusunun yüksək rütbəli zabitlərindən biri BBC-yə bildirib ki, hər gün təxminən 100-ə yaxın yeni hədəflər aşkarlayırlar. Müharibə uzandıqca, quru qoşunları üzərinə ağırlıq daha çox düşür.

BBC

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button