2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

İsrailli nazir : “Biz nəinki hökumətdən çıxacağıq, hətta onu məhv də edəcəyik”

Əgər Fələstin dövlətinin yaradılması təhdidi ortaya çıxsa, biz hökuməti məhv edəcəyik.

Axar.az xəbər verir ki, bunu İsrail mətbuatına açıqlamasında ölkənin Təhsil naziri Naftali Bennet söyləyib. O özünün Yəhudi Evi Partiyasının Fələstin dövlətinin yaradılmasına izn verməyəcəyini bildirib:

“Biz belə bir tarixi səhvin qarşısında dayanacağıq. Əgər məsələ 1967-ci il sərhədləri və Qüdsün parçalanmasına qədər uzansa, biz nəinki hökumətdən çıxacağıq, hətta onu məhv də edəcəyik”.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, Yəhudi Evi Partiyası Benyamin Netanyahunun yaratdığı koalisiya hökumətində təmsil olunur. Bu partiyanın parlamentdə təmsilçilərinin sayı 8 nəfərdir. Partiya əsasən yarımmilyonluq israilli qaçqınların maraqlarını parlamentdə təmsil edir.

Bir müddət öncə İsrail Baş naziri Benyamin Netanyahu iki dövlət konsepsiyası istiqamətində Təl-Əvivin danışıqlara hazır olduğunu açıqlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button