2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

İstanbul Hava Limanı dünyaca məşhur rəqiblərini geridə qoydu

Tamara Mustafayeva, Banco.az

İstanbul Hava Limanı Nyu-Yorkun “Travel and Leisure” jurnalı tərəfindən yayımlanan “World’s Best Awards 2021” anketində dünyanın ən yaxşı 10 hava limanı arasında yer alıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, dünyaca məşhur “Travel and Leisure” jurnalının hər il keçirdiyi “World’s Best Awards” anketində bu il İstanbul Hava Limanı da “The Top 10 International Airports” (“Dünyanın ən yaxşı 10 Beynəlxalq Hava Limanı”) kateqoriyası ilə iştirak edib.

Saytların yığılması Saytlarin yigilmasi

11 yanvar 2021 tarixində başlayan və may ayının 10-da başa çatan səsvermənin nəticəsində İstanbul Hava Limanı rəqibləri İnçxon (Koreya), Dubay, Həməd (Qətər), Tokio (Yaponiya), Honkonq, Narita (Yaponiya), Sürix (İsveçrə) və Osaka (Yaponiya) hava limanlarını geridə qoyaraq 91,17 xalla ikinci pillədə qərarlaşıb. 

Siyahının ilk pilləsi isə 93,45 xal qazanmış Sinqapur Çangi Hava Limanına məxsusdur.

Qeyd edək ki, anketdə “Dünyanın ən yaxşı 10 Beynəlxalq Hava Limanı” kateqoriyası hava limanlarını daxil olma, qeydiyyatdan keçmə, qidalanma və alış-veriş yerləri, həmçinin interyer dizaynına görə dəyərləndirir və nəticələr bu meyarlara görə müəyyən edilir.

Instagram

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button