2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

İstanbulda “Bir millət, iki dövlət” Sənət Gecəsi – VİDEO

Gecədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təbrik məktubu oxunub

TİKA və “Palmali” şirkətlər qrupunun dəstəyi, Azərbaycan-Türkiyə Evi (ATEV) və “İpekyolu” Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə keçirilən sənət gecəsində Azərbaycan və Türkiyədən seçilmiş simalar iştirak edib. Gecədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təbrik məktubu oxunub.

Yenicag.az xəbər verir ki, Türkiyə Cümhuriyyətinin 95-ci, Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə təşkil edilən tədbir ATEV rəhbəri Tənzilə Rüstəmxanlı və “İpekyolu” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Seyfullah Türksoyun çıxışı ilə açıq elan olunub.

Seyfullah Türksoy çıxışında təşkil olunan təntənəli gecənin Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsinə töhfə verəcəyinə inandığını bildirib:
“Biz heç zaman özümüzdən ayırmadığımız Azərbaycanı həm yaxşı günündə, həm də pis günündə həmişə xatırlayırıq. Doğrudur, coğrafi mənada arada sərhədlər var, ancaq biz eyni millətik, eyni tarixə və mədəniyyətə malikik.

Saytların yığılması Saytlarin yigilmasi

Türkiyə və Azərbaycan qardaşlığı hər zaman dünyaya bir örnəkdir. Azərbaycan sevgisi ürəyimizdə uşaqlığımızdan bəri yaranan sevgidir. Mən də Azərbaycan türküyəm və bununla qürur duyuram.

Bu gecəni təşkil etməklə, “Bir millət, iki dövlət” ruhunun yaşadılmasına töhfə verməyə çalışdıq. “İpekyolu” Strateji Araşdırmalar Mərkəzi və Azərbaycan-Türkiyə Evi ilə birlikdə belə bir tədbiri təşkil etdiyimiz üçün çox xoşbəxtik.

Biz bundan əvvəl də ATEV rəhbəri Tənzilə Rüstəmxanlı ilə bərabər bir çox belə tədbirlər keçirmişik və bu gecə də onlardan biridir. İnşallah, bu gecə qardaşlığımız, dostluğumuz və əməkdaşlığımız adına yeni fəaliyyətlərə təkan verəcək”.

ATEV sədri Tənzilə Rüstəmxanlı isə çıxışında Türkiyəni hər bir türkün sinəsində döyünən ürək adlandırıb:
“Biz bir-birimizin yolunda şəhid olduq. 1918-ci ildə Nuri Paşanın komandanlığı altında Türk mehmetciyi Azərbaycan türkü üçün şəhid oldu. Onların ruhu bizim aramızda bir körpüdür.

Bu gün həmin körpülərdən birinin təməli məhz bu gecədə atılır. Yavuz Bakiler deyirdi ki, Azərbaycan ürəyimdə şah damardır. Ancaq o ürək olmasa, onun içində şah damar da olmaz. Türkiyə bizlər – Türkiyədən kənarda yaşayan türklər üçün sinəmizdə döyünən ürəkdir”.

Azərbaycan parlamentinin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə çıxışında əsas diqqəti Türk xalqlarının dövlət qurmaq təcrübəsinə yönəldib:
“Dövlət qurmaq hər xalqın bir istedadıdır. Dünyada beş mindən çox xalq olsa da, onlardan cəmi iki yüzünün dövləti var. Dünya tarixində ilk dövlətlərin tarixi beş-altı min il əvvələ gedir.

Altı min il əvvəl bizim dövlətimiz var idi. Eyni zamanda, latınların, midiyalıların və digərlərinin dövləti vardı. Onlar bu gün yoxdur, ancaq biz varıq. Yəni beş min il əvvəl də dövlətimiz vardı, indi də var və gələcəkdə də olacaq.

Cənab prezident İlham Əliyev də deyir ki, Azərbaycan və Türk xalqları dövlət qurmaq istedadına malikdirlər. Allah bu istedadı əlimizdən almasın”.

Azərbaycanlı sənətçilər Flora Kərimova, Fidan Hacıyeva, Elçin Cəfərov, Rövşən Civişov, Maarif Mustafayevin möhtəşəm ifaları ilə davam edən gecədə Gülnarə Xəlilovanın təqdimatı ilə Azərbaycan milli geyimləri nümayiş olunub.

Təntənəli gecənin yekununda Azərbaycanlı sənətçilərə fəxri diplomlar təqdim olunub.

a5

a4

a3-1

a2-1

a1-1

45017741_317874942362557_7276738110635900928_n

44946519_188843345374459_5579629964564627456_n

44944674_1949526561827993_5975913608985444352_n

44920407_2021193551306637_8291296457823092736_n

44911911_1036525653195779_585971948790480896_n

44884516_540402676408740_8820859736372019200_n 44882447_2151095458476527_1340649044736737280_n 44874024_249026125776027_4892302667398774784_n 44866160_192812548261901_304937253472305152_n 44854975_638616749867771_9179805795569631232_n 44830471_282491032383847_8102479967390007296_n 44827963_158912061658711_4643671833881608192_n 44805200_354951908399053_4967395042378383360_n 44782597_113274002916845_4964747169270595584_n 43763026_2104958722895495_508267074053734400_nTədbirdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təbrik məktubu oxunub.

3

44830471_282491032383847_8102479967390007296_n 44827963_158912061658711_4643671833881608192_n 44805200_354951908399053_4967395042378383360_n 44782597_113274002916845_4964747169270595584_n 43763026_2104958722895495_508267074053734400_n 43725871_642732366123452_7080805606717652992_n 43580083_315285782620793_2821916667364245504_n 2 3

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button