2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
XəbərlərYerli biznes xəbərləri

İstehlaka yararsız məhsullar aşkarlanan “Yeganə” şadlıq sarayının külli miqdarda borcu var

Bakının ən məşhur restoranlarından olan “Yeganə Palace”ın külli miqdarda vergi borcu olduğu da müəyyənləşib.

Saytların yığılması Saytlarin yigilmasi

Restoranın hazırda dövlətə olan vergi borcu 93 258.56 manat təşkil edir.

Qeyd edək ki, bu, “Yeganə Palace”ın yeganə problemi deyil. Belə ki, məşhur restoranda keçirilmiş yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ötən gün yaydığı rəsmi məlumatda qeyd olunub ki, Əliyev Təmkin Rəhim oğluna məxsus “Yeganə Palace” şadlıq sarayında yoxlama zamanı müəssisədə müvafiq sənədləri olmayan, üzərində aşkar saxtakarlıq əlamətləri olan spirtli içkilər, o cümlədən, mənşəyi məlum olmayan, orqoneleptik görünüşündə qaralma və istehlaka yararsız 24 kq sub məhsulu (qaraciyər, bağırsaq və s.), 19,8 kq balıq məhsulu, 80 kq piy və 250 kq ət, həmçinin çəkisi 20 kq olan son istifadə tarixi bitmiş “kartof fri” məhsulu aşkar edilib.

Bundan əlavə, müəssisənin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı, dondurucularda istifadə müddəti bitmiş məhsullarla istehlaka yararlı məhsulların bir arada saxlanıldığı, işçi heyətin ilkin və dövri tibbi müəyinədən keçmədiyi müəyyən edilib.

Banker.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button