2022-10-21 08:00:08
NATO-nun baş katibi Yens Stoltenberqlə görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında çıxış edən Kristersson hökumət olaraq NATO üzvlüyünə böyük əhəmiyyət verdiklərini vurğulayaraq, “Öhdəliklərimizdə çox ciddiyik” mesajını verib.
GÖRÜŞƏ HAZIRDIR
Əvvəlki hökumət kimi Türkiyə ilə razılaşmaya sadiq olduqlarını və indi öhdəlikləri yerinə yetirmək üçün əllərində daha çox vasitəyə sahib olduqlarını ifadə edən Kristersson, “Hökumətim Türkiyə, İsveç və Finlandiya arasında imzalanan üçtərəfli memorandumu həyata keçirmək üçün səylərini ikiqat artıracaq. . Terrorla mübarizə bizim üçün NATO-ya daxil olana qədər və sonra prioritet məsələdir. Biz öhdəliklərimizdə çox ciddiyik”. Kristersson ən qısa zamanda Ankaraya getməyə hazır olduğunu və bu məsələ ilə bağlı Türkiyə ilə əlaqə saxladıqlarını bildirib. “Biz Türkiyənin qanuni təhlükəsizlik narahatlıqlarının əhəmiyyəti ilə bağlı razılığa gəldik”, – Stoltenberq bildirib.
Tərcümə“24 SAAT”