2022-10-26 01:29:12
İtaliyada yeni hökuməti formalaşdıran baş nazir Giorgia Meloni və onun 24 naziri and içdikdən sonra ilk etimad səsini aldı. Parlamentin 400 yerlik aşağı palatası olan Nümayəndələr Palatasında 389 deputatın iştirakı ilə keçirilən etimad səsverməsində 154 “Xeyr” səsinə qarşı 235 “Bəli” səsi alaraq Meloni hökuməti ilk sınaqdan keçib.
Meloni hökuməti Nümayəndələr Palatasından sonra parlamentin yuxarı palatası Senatdan etimad səsi almağa çalışacaq.
İtaliyada keçirilən seçkilərdə qalib gələn ifrat sağçı İtaliya Qardaşları Partiyasının (FDL) lideri Giorgia Meloni sağçı koalisiya hökumətini quraraq ölkənin ilk qadın baş naziri olub.
Tərcümə“24 SAAT”
You must log in to post a comment.