2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

İzlənmə siyahısında Fransa prezidentinin də telefonu tapılıb

Pegasus casus proqramı vasitəsi ilə izləmə hədəfi ola biləcək telefon nömrələrinin siyahısında jurnalistlər Fransa Prezidenti Emmanuel Makron da daxil olmaqla ən azı 14 dövlət və hökumət başçısının nömrələrini tapıblar.

Le Monde qəzetinin yazdığına görə, Makronun nömrəsi Mərakeş kəşfiyyat xidmətləri tərəfindən Pegasus ilə sındırmaq üçün mümkün hədəf olaraq tərtib edilən telefon nömrələrinin siyahısında yer alıb.

Siyahıda daha 10-dan çox fransalı nazirin adının da yer aldığı bildirilir. “Forbidden Stories ” in rəhbəri Lonard Riçardın sözlərinə görə, siyahı xüsusi xidmət orqanlarının ona daxil olan insanlara olan marağını göstərir, lakin öz-özlüyündə bu hakerlik faktını təsdiqləmir.

Saytların yığılması Saytlarin yigilmasi

Fransa Prezidentinin sözçüsü deyib ki, jurnalistlərin təqdim etdiyi faktlar təsdiqlənərsə, deməli “bunlar açıq-aşkar çox ciddidir”.

Siyahıda Makrondan əlavə Cənubi Afrika Prezidenti Cyril Ramafosa, Mərakeş Kralı VI Məhəmməd, Avropa Şurasının sədri Şarl Mişel , Dünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Qebreyesus da var.

Bundan əvvəl Macarıstan və Azərbaycan jurnalistlərinin, həmçinin öldürülən səudiyyəli jurnalist Camal Kaşoqinin yaxınlarının təsdiqlənmiş izləmə faktı barədə məlumat verilib.

Pegasus, terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə üçün hazırlanmış bir proqramdır və yalnız dövlət qurumları tərəfindən istifadə edilə bilər. Bu proqram izlənilən insanların smartfon məlumatlarına daxil ola bilir. 

24 saat” “İzlənmə siyahısında Fransa prezidentinin də telefonu tapılıb” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button