2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Jurnalist Mina Əliyarlı “Abzas Media işi” ilə əlaqədar dindirilib

Aprelin 16-da jurnalist Mina Əliyarlı Bakı şəhər Baş Polis İdarəsində şahid qismində dindirilib.

Onun vəkili Nazim Musayev Turan-a bildirib ki, jurnalist “Abzas Media işi” üzrə dindirilib.

A.Əliyarlı əvvəllər bu iş üzrə ötən ilin noyabrında dindirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Vəkilin sözlərinə görə, polisə təkrarən dəvət olunması istintaqda  yaranan “əlavə suallarla” bağlı olub.

A.Əliyarlının özü məlumat verib ki, ona heç bir psixoloji və fiziki təzyiq göstərilməyib.

2023-cü ilin noyabr ayından etibarən Abzas Media ilə əlaqəli altı jurnalist və media işçisi həbs edilib.

Onlar “xarici valyuta qaçaqmalçılığı” maddəsi ilə ittiham olunurlar. Media nümayəndələri ittihamları rədd edir və cinayət işini korrupsiya ilə bağlı jurnalist araşdırmaları ilə əlaqələndirirlər. Hüquq müdafiəçiləri həbs olunanları siyasi məhbus kimi tanıyıblar.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button