Loading...
Loading...
Xəbərlər

Jurnalist təşkilatları Polad Aslanovun hüquqlarının pozulmasını pisləyiblər

Bakı/12.01.22 “Sərhədsiz reportyorlar” və Jurnalistləri Müdafiə Komitəsi xeberman.com saytının redaktoru, yanvarın 6-da koloniyada alcığa başlayan Polad Aslanovun hüquqlarının pozulmasını pisləyiblər. Aclıq aksiyasının səbəbi Ali Məhkəmədə onun şikayətinə baxmaqdan imtina edilməsi, həmçinin yaxınları ilə telefon danışığına qadağa qoyulmasıdır. Bu barədə təşkilat öz Tvitter hesabında yazıb.

2021-ci ilin aprelində dövlətə xəyanət ittihamı ilə 16 il müddətinə mühakimə olunan Aslanov siyasi məhbus kimi tanınıb.

Öz növbəsində, Jurnalistləri Müdafiə Komitəsi Tvitterdə Azərbaycan hakimiyyətini Aslanovu dərhal azad etməyə çağırıb.

“Tənqidçi jurnalistin uydurma ittihamlarla azadlıqdan məhrum edilməsi Azərbaycanın Avrasiyada jurnalistlərin aparıcı həbsxanası kimi reputasiyasını daha da dərinləşdirir”, – təşkilatın məlumatında deyilir.-02D-

 

 

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Ukrayna şərtləri açıqladı

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button